Məhkəmə qərarları › İş №3(026)-152/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-152/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-152/2024 20.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin nümayəndəsi X1 iştirakı ilə, 16 avqust 1986-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Ərəbqədim kəndində qeydiyyatda olan Şəxs barəsində Şamaxı Regional idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 23 aprel 2024-cü il tarixdə saat 09:15 radələrində idarə etdiyi “Mersedes-Benz” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla reysqabağı texniki müayinənin təşkil olmadan yükdaşıması aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, 23 aprel 2024-cü il tarixdə saat 09:15 radələrində Qobustan rayon ərazisində YPX postunda reyd aparılan zaman Şəxs idarə etdiyi “Mersedes-Benz” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla reysqabağı texniki müayinənin təşkil olmadan yükdaşıması aşkar edilmiş və barəsində Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs fiziki şəxsdir. Azərbaycan Respublikası İXM-in 326-cı maddəsinin dispozisiyasına görə həmin maddə ilə vəzifəli və ya hüquqi şəxslər təqsirli bilinib cəzalandırıla bilər. Şəxs vəzifəli şəxs olmasını sübut edən heç bir sənəd materiallara əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-inin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-inin 326-cı maddəsi ilə olan inzibati işin icraatına onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar