Məhkəmə qərarları › İş №3(026)-153/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-153/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-153/2020 10.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Ağsu rayonunun Çiyni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun Qobustan şəhərində yürüş edərək yolu kəsib və etiraz etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahat verərək bildirdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Nabur kəndinin mərkəzində təxminən 20-30 nəfər kənd sakinləri ilə birlikdə avtomobillərə minərək Qobustan şəhərinə gəlmişlər və şəhər ərazisində dairəvi yolu kəsərək avtomobillərin gedişini dayandırmışlar. Qobustan rayon polis əməkdaşları tərəfindən onlar oradan uzaqlaşdırılmışlar. Həmin şəxslərlə birlikdə Qobustan rayon İcra Hakimiyyətinin inzibati binasına gəlmişlər. İcra hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən qəbul edilərək onlara Nabur kənd yolunun çəkiləcəyi bildirilmişdir. Səhvini başa düşür, belə hallara bir daha yol verməyəcəkdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, R.F. Şıxməmmədov Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar