Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-153/2021 03.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müfəttişi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən Qobustan rayonu Bakı-Şamaxı yolunun 97-ci km-də yerləşən “Qobuland Hotel” obyekti üzərində 2020-2021-ci illərdə müvafiq icra sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması göstərilərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Qobustan Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin Estetik şöbəsinin müfəttişi X2 izahatında göstərdi ki, Qobustan rayonu Bakı-Şamaxı yolunun 97-ci km-də yerləşən “Qobuland Hotel” obyekti üzərində 2020- 2021-ci illərdə açıq məkanda qanunsuz reklam yayımlanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs tərəfindən reklam yayımlanmasına dair qanuni icazə alınmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan internet vergi idarəsinin çıxarışının surətindən görünür ki, Şəxs ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin “Qobuland hotel” obyektinin vöen daşıyıcısı Şəxs ünvanlandığı bildirişdən görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qobuland hotel” obyektinə aid olan reklamların müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlarını həyata keçirməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunması bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müfəttişi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati qaydada təqsirli bilinib 1500 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-153/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-153/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver