Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-154/2020 10.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ömərov Gülheseyn Həmdulla oğlunun iştirakı ilə, xx xxxx 1950-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonunun Güzdək qəsəbəsi, M. Hüseynzadə küçəsində yaşayan Şəxs Həmdulla oğlunun Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs Həmdulla oğlunun xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun magistral yolunu kəsərək öz etirazını bildirdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Həmdulla oğlu izahat verərək bildirdi ki, Abşeron rayonunun Güzdək qəsəbəsində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Nabur kəndində olarkən kənd camaatının kənd klubunun qarşısına toplaşdığını görüb səbəbini soruşmuşdur. Orada olan adamlar kənd yolunun çəkilməsi ilə əlaqədar Qobustan rayon İcra Hakimiyyətinə getmək istədikləri demişlər. O da idarə etdiyi avtomaşıla rayon icra hakimiyyətinə getmiş, icra başçısını onları qəbul etmişdir. Öz şikayətlərini icra başçısına bildirərək Nabur kəndinə qayıtmışlar. Səhv etmişdir, bir daha belə hala yol verməyəcək. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Həmdulla oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, G.H. Ömərov Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs Həmdulla oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Həmdulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-154/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-154/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver