Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-155/2025 03.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisifərdi fəaliyyət göstərən Vəkil, X2nın iştirakı ilə, xx xxxxx 1996-cı il təvəllüdlü, Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Nabur ərazi dairəsi, Bəklə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 03 iyun 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, o, Qobustan Rayon Məhkəməsinin 2(026)-157/2024 saylı, 05 aprel 2024-cü il tarixli icra sənədi üzrə 1530 manat aliment borcunun ödənilməsindən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt onun icra sənədi üzrə yaranmış aliment borcunu ödəməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi X11 bildirdi ki, Qobustan Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(026)-157/2024 saylı icra sənədinə əsasən, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment tutulub X4 verilməlidir. İcra sənədi 07 may 2024-cü il tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və həmin gün də icra sənədi üzrə icraata başlanılmışdır. Borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzrə alimentin ödənilməsi öhdəliyinin icrasını təmin etməmişdir. Bundan əlavə, borclu icra məmurunun çağırışları üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə gəlməkdən yayındığına görə onun barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Qobustan RPŞ-yə göndərilmiş və polis əməkdaşları tərəfindən onun Qobustan rayon İcra və Probasiya şöbəsinə təhvil verilməsi təmin olunmuşdur. Bildirdi ki, borclu Şəxs artıq son 9 aydır ki, icra sənədi üzrə ümumiyyətlə hər hansı ödəniş etməmişdir. Bu hərəkətləri ilə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, onun barəsində axtarış elan edilməsindən ümumiyyətlə məlumatı olmamış, indiyədək ona heç kəs zəng edib icra orqanına dəvət etməmişdir. O, uzun müddətdir ki, işləmədiyinə görə ona da atası baxmış, buna görə də aliment pulunu ödəyə bilməmişdir. Lakin bu ayın 1-dən artıq qeyri-rəsmi də olsa işə başlamış və ayın 20-dək aliment ödənişi edəcəkdir. Barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. X2 bildirdi ki, borclu Şəxs dəfələrlə icra məmuru tərəfindən icra orqanına dəvət edilsə də, gəlməmiş, telefonuna edilən zəngləri cavabsız qoymuş, aliment ödənişlərinin edilməsindən yayınmışdır. Buna görə də onun aliment borcu yığılmışdır. O, aliment borcunun borclu tərəfindən ona tam ödənilməsini, əks təqdirdə isə onun inzibati qaydada həbs edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, 2(026)-157/2024 saylı icra vərəqəsindən görünür ki, 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment tutulub X4 verilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 07 may 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 2(026)- 157/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, xəbərdarlıq məktubu göndərilmiş, iki dəfə yazılı izahatı alınmış, eləcə də, icra orqanının 20 may 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Sonuncusu 03 iyun 2025-ci ildə olmaqla, bir neçə dəfə tələbkar X1 rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, borclu Şəxs barəsində tədbir görülməsini xahiş etmiş, sonuncu ərizəsində isə borclu Şəxs faktiki aliment borcu olan 1530 manatı tam şəkildə ödəməsini, ödəmədiyi təqdirdə isə barəsində tədbir görülməsini xahiş etmişdir. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. Artıq uzun müddətdir ki, icra sənədi üzrə aliment ödənişlərinin edilməməsi faktını Şəxs özü də məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-155/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-155/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver