Məhkəmə qərarları › İş №3(026)-157/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-157/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-157/2020 10.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Qobustan şəhəri ərazisində yığıncaq, mitinq, küçə yürüşündə iştirak etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Özümə məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Nabur kəndinə çəkilən asfalt yolun sona qədər çəkilməməsi səbəbindən xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmkəndliləri Səxavət və Gülümxanla birlikdə Qobustan şəhəri ərazisində Nərimankənd kənd dairəsi adlanan yerə gəlmişlər. Həmin yerdə başqa avtomobillər və insanların olduğunu görüb onlarda avtomaşından düşüb orada olan insanlara qoşulub etirazlarını davam etdirərək Qobustan rayon polis şöbəsinin əməkdaşları onların yanına gələrək yolu boşaltmalarını onlara bildirmişlər. Onlar da Qobustan rayon İcra Hakimiyyətinin inzibati binasına getmişlər. İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşlar qəbul edilmişdir. Sonra isə yaşadıqları Nabur kəndinə getmişlər. Hərəkətlərindən peşmandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, B.N. Əhmədov Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar