Məhkəmə qərarları › İş №3(026)-159/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-159/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-159/2020 11.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə əmisi Ağasəmid Həmidovu təhqir edərək xırda xuliqanlıq hərəkətləri etməsi göstərilmişdir . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhərində yaşayır, lakin Qobustan rayonunun Çalov kəndində də fərdi yaşayış evi vardır. Onun qonşusuluğunda əmisi Ağasəmid Həmid yaşayır. xx xxxx 2020-ci il tarixdə yaşadığı evin ərazisində tikinti işi aparan zaman əmisi Ağasəmid ona yaxınlaşaraq çəkdiyi hörgü ipini qırarıb onun üstünə qışqıraraq ona ərazidən çıxmağını bildirmişdir. Ağasəmid Həmidovu sakitləşdirməyə çalışsa da Ağasəmid sakitləşməyərək onu söyüb təhqir etdiyinə görə o, Ağasəmid Həmidovdan kənd icra nümayəndəliyinə şikayət etmiş, icra nümayəndəliyi isə onun həyətyanı sahəsinin qanuni olduğunu bildirmişdir. X2 söyməmiş və ona burada yaşamayaraq çıxıb getməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Qobustan rayonunun Çalov kəndində yaşayır. Bir neçə gün bundan əvvəl Şəxs ona yaşadığı həyətdən çıxıb getməsini bildirmişdir. Əlibalaya bu onun ata yurdu olduğunu və yaşamağa başqa yeri olmadığını demişdir. Şəxs onu söyməmişdir, onu vurmamışdır, sadəcə olaraq çıx get buradan demişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Ə. A. Şəhriyarovun əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunun bu tələbinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati işin icraatına onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar