Məhkəmə qərarları › İş №3(026)-159/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-159/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-159/2022 31.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Qobustan rayonunun Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Çalov kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 30 may 2022-ci il tarixdə Qobustan rayonunu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 30 may 2022-ci il tarixdə Qobustan şəhəri ərazisində özünə məxsus 2 baş iri buynuzlu heyvanları otararkən Çalov kənd sakini Elvin və Qobustan şəhər sakini Elvin onu söyüb təhqir etmişlər. Buna görə DİN-in 102 xidmətinə zəng etmişdir. Qobustan rayon polis şöbəsinin əməkdaşları onun yanına gəlmişdir. Lakin həmin vaxtı onu söyən şəxslər oradan uzaqlaşmışlar. Polis əməkdaşlarına bu barədə deyəndə isə polis əməkdaşları onu polis şöbəsinə dəvət etdilər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, Qobustan rayon polis şöbəsində işləyir, 30 may 2022-ci il tarixdə saat 21:15-də əməliyyat istintaq qrupunda xidmətdə olarkən Qobustan rayon polis şöbəsinin baş təhqiqatçısı Elşən Eyvazov və növbətçi sürücü Surət Köçərli ilə birlikdə Qobustan rayonunun Çalov kənd sakini Şəxs DİN-in 102 xidmətinə olan çağırışı ilə əlaqədar Aslan Rəcəbovun şikayətini müəyyən etmək və ərizə ilə müraciət etməli olduğunu bildirmək üçün ona yaxınlaşmışlar. Lakin Şəxs yüksək səslə Qobustan rayon polis şöbəsinin baş təhqiqatçısı Elşən Eyvazova nalayiq sözlər deməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etsələr də Şəxs qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, A.D. Rəcəbov Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxs adına verdiyi 032882 saylı vəsiqənin surətində göstərilir ki, Şəxs İİ qrup əlildir. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar