Məhkəmə qərarları › İş №3(026)-16/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-16/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-16/2021 22.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Qobustan rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasında YPX-nin baş inspektoru X2 ilə mübahisə edərək onu təhqir edərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Yekəxana kəndində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi VAZ-2106 markalı ** Bİ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonunda bazarın yanında dayandığı zaman yol polisinin xidməti avtomaşını ona gücləndirici səslə “maşını qabağa sağa ver, saxla”- dediyini eşidib idarə etdiyi avtomaşını 3-4 metr qabağa sürərək saxlamışdır. Polis əməkdaşı ondan sənədlər tələb etmiş və sənədləri olmadığı üçün onu Qobustan rayon polis şöbəsinə dəvət etmiş və polis əməkdaşı onu xidməti otağında nalayıq söyüşlə söymüşdür. O da qarşılıqlı olaraq polis əməkdaşına cavab qaytarmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 14:40 radələrində ** YP *** dövlət nömrə nişanlı avtopatrul maşını ilə xidmətdə olarkən Qobustan şəhərində yerləşən bazardan istiqamətindən çıxan VAZ-2106 markalı ** Bİ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlamış və sürücünün sənədlərini yoxlayarkən onun avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olmuşdur. Bu barədə protokol tərtib edərkən sürücü ona etiraz edərək xidmətinə maneçilik törətmişdir. Şəxs etdiyi qayda pozuntusunu göstərmək və onun barəsində protokol tərtib etmək üçün onu polis şöbəsinə dəvət etmiş, Şəxs şöbədə onu nalayıq söyüşlərlə söymüşdür. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X3 verdiyi xx xxxxxx 2021-ci il tarixli 253 saylı aktdan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar