Məhkəmə qərarları › İş №3(026)-16/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-16/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-16/2024 12.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Bədəlli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 12 yanvar 2024-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 2(026)-354/2022 saylı 15 noyabr 2022-ci il tarixli icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 bildirdi ki, Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 2(026)-3 54/2022 saylı, 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən 01 iyul 2016-cı il tarixdə anadan olmuş X5 və 03 avqust 2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 30 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay cəmi 260 manat sabit pul məbləğində aliment alınıb X3 verilməsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla cavabdeh Şəxs 51 manat 20 qəpik manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməsinə dair icra vərəqəsi üzrə bu günə 2600 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 2(026)-3 54/2022 saylı, 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən ondan 01 iyul 2016-cı il tarixdə anadan olmuş X5 və 03 avqust 2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay cəmi 260 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 2600 manat aliment borcu yaranmışdır. Əvvəllər hər ay təyin olunmuş alimenti ödəmişdir. Lakin son vaxtlar Günel onun telefon zənglərini açmadığına, uşaqları ilə görüşməsinə imkan vermədiyinə və özünün də xəstə olduğuna görə alimentin miqdarını təyin olunmuş məbləği ödəməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 2(026)-3 54/2022 saylı, 15 noyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, 01 iyul 2016-cı il tarixdə anadan olmuş X5 və 03 avqust 2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 30 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay cəmi 260 manat sabit pul məbləğində aliment alınıb X1 və 51 manat 20 qəpik manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 01 mart 2023-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərarından görünür ki, Qobustan rayonu Bədəlli kənd sakini Şəxs məcburi qaydada Qobustan rayon icra və probasiya şöbəsinə gətirilməsi bildirilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar