Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-160/2021 26.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 10 avqust 1964-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Şamaxı rayonunun Ovçulu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 24 iyul 2021-ci il tarixdə saat 23:22-də idarə etdiyi “Mersedes-Benz C 180) markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücünün spirtli içki qəbul etməsindən şübhələnib həkim müayinəsinə dəvət olunmuş, nəticədə Şəxs avtomobili spirtli içki qəbul edərək idarə etməsi müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Şamaxı rayonunun Ovçulu kəndində yaşayır. 24 iyul 2021-ci il tarixdə az miqdarda spirtli içki qəbul etmişdir. Özünə məxsus “Mersedes-Benz C 180) markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlinini anasının yasına aparmaq üçün hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. İşdə olan spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” X1 verdiyi 24 iyul 2021-ci il tarixli 399 saylı aktdan görünür ki, Şəxs 24 iyul 2021-ci il tarixdə yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün izahatı və işin digər materialları ilə tam təsdiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılmasına dair tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-160/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-160/2021
26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver