Məhkəmə qərarları › İş №3(026)-160/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-160/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-160/2022 01.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1970-ci ildə Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Yekəxana kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 01 iyun 2022-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 09 aprel 2004-cü il tarixli AT-3 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X7 bildirdi ki, Qobustan rayon məhkəməsinin 09 aprel 2004-cü il tarixli AT-3 saylı icra sənədinə əsasən 27 oktyabr 1992-ci il tarixdə anadan olmuş X5 və 15 may 1997-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 aprel 2004-cü il tarixdən başlayaraq Şəxs aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 12150 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun axtarılması haqqında 04 mart 2014-cü il tarixdə qərar çıxarılmışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 09 aprel 2004-cü il tarixli AT-3 saylı icra sənədinə əsasən 08 aprel 2004-cü il tarixdə anadan olmuş 27 oktyabr 1992-ci il tarixdə anadan olmuş X5 və 15 may 1997-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 aprel 2004-cü il tarixdən başlayaraq onun aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 12150 manat aliment borcu yaranmışdır. İşləmədiyi üçün borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 09 aprel 2004-cü il tarixli AT-3 saylı icra sənədindən görünür ki, 27 oktyabr 1992-ci il tarixdə anadan olmuş X5 və 15 may 1997-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 aprel 2004-cü il tarixdən başlayaraq Şəxs aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub X1 verilməsi əmr edilmişdir. İş materiallarında olan Qobustan rayon icra və probasiya şöbəsinin 04 mart 2014-cü il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar