Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-161/2020 10.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi, X2 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olmuş, Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan X2 Bakı şəhəri, Suraxanı rayon DYPİ-nin tərtib etdiyi xx xxxx 2020-ci il tarixli ******* saylı qərarından verdiyi şikayətə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 onun 200 manat cərimə olunması barədəBakı şəhəri, Suraxanı rayon DYPİ-nin tərtib etdiyi xx xxxx 2020-ci il tarixli ******* saylı qərarından Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayır, Suraxanı rayon polis idarəsindən onun mobil nömrəsinə zəng olmuş və onu polis İdarəsinə dəvət etmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayon polis idarəsinə gedərkən yolda Bakı şəhəri Suraxanı rayon DYPİ baş inspektoru X5 tərəfindən ona məxsus VAZ 21061 minik markalı ** BV *** dövlət nişanlı avtomobil saxlanılmış və barəsində İXM-nin 211-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon polis idarəsinin müstəntiqi Nizami Məhərrəmov tərəfindən idarəyə dəvət olunmağı barədə bildiriş gəldiyini və bununla əlaqədar polis idarəsinə getdiyini bildirmiş, lakin Bakı şəhəri Suraxanı rayon DYPİ baş inspektoru X5 bildiriş olmasına məhəl qoymayaraq barəsində inzibati protokol tərtib etmişdir. Bakı şəhəri Suraxanı rayon DYPİ baş inspektoru X5 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarla razı deyil, həmin qərar əsassızdır və ləğv edilməlidir. Bakı şəhəri Suraxanı rayon polis idarəsinin müstəntiqi tərəfindən idarəyə dəvət olunmağı barədə bildirişi vardır. Həmin günü icazə sistemi hələ qüvvəsini almamış və zəruri təlabatlar üçün bayıra çıxmaqdan ötrü heç bir məhdudiyyət olmamışdır. Ona görə də Bakı şəhəri, Suraxanı rayon DYPİ-nin tərtib etdiyi xx xxxx 2020-ci il tarixli ******* saylı qərarının ləğv olunmasını xahiş etdi.. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri, Suraxanı rayon DYPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2 izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilə bilməz. Belə ki,X1 rayon polis idarəsinə çağırılması barədə bildiriş və ya hansı bir sənəd məhkəməyə təqdim etmədi. İnzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsas olan sübut təqdim etmədi. Ona görə də Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli TP ******* saylı qərarı qanuni və əsaslıdır. Həmin qərarın ləğvi üçün əsas yoxdur. İş materiallarında olan Suraxanı rayon DYPİ-nin xx xxxx 2020-ci il tarixli TP ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, Suraxanı rayon DYPİ-nin xx xxxx 2020-ci il tarixli TP ******* saylı qərarından şikayət əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 133-134-cu maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Suraxanı rayon DYPİ-nin xx xxxx 2020-ci il tarixli TP ******* saylıqərarından şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-161/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-161/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver