Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-161/2021 26.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1992-ci ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə kəndində yaşayan X3 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 13 iyul 2021-ci il tarixli qərara əsasən 04 aprel 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə X2 döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Sərvər bacısı oğludur. Təklə kəndində bacısı ilə qonşuluqda yaşayır, 04 aprel 2021-ci il tarixdə 21 radələrində onlara gələn zaman, həyətə daxil olduqda, Kamilin atası və qardaşı ilə mübahisə etdiyini görmüş, həmin vaxtı həyətində Sərvər, bacısı oğulları Pərvaz və Kamil, bacısı və qonşuluqda yaşayan Fəzilə olmuşdur. Kamilin qonşuluqda yaşayan Fəziləyə tərəf getdiyini gördüyü üçün, Pərvazla birlikdə onu sakitləşdirməyə çalışaraq, tutub saxlamışlar. Həmin vaxtı Kamilin əlində bıçaq olmamış, Kamil Fəziləni bıçaqla hədələməmiş, Sərvər Kamilin əlindən bıçaq almamışdır. Sadəcə olaraq, Hicranla olan torpaq məsələsi ilə bağlı uzun müddətdir ki, Kamilin ailəsinə qarşı etdiklərinə əsəbiləşsə də, mübahisə zamanı Kamili yumruq və təpiklə vurmamışdır, lakin Kamil Fəzilənin üzərinə getdiyi üçün, onu tutaraq saxlamışdır, sakitləşdirmək istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, Sərvər atası, Cəlal isə dayısıdır. Bibisi Hicranla atası Sərvər və babası Sarvanla torpaq sahəsi üstündə dəfələrlə mübahisələri yaranmışdır. Lakin həmin mübahisə olunan torpaq sahəsi bibisi Hicrana məxsusdur. 04.04.2021-ci il tarixdə saat 21 radələrində kənd uşaqları ilə söhbət etdikdən sonra evə tərəf getmiş, evə daxil olanda atası Sərvərin, anası Günelin, nənəsi İranənin, qardaşı Pərvazın evdə olduqlarını görmüş, həmin vaxt torpaq üstündə evdə mübahisə getmiş, nənəsi bibisi Hicranın tərəfini tutduğu üçün atası ilə mübahisə yaranmış, nənəsinin mübahisədə təkləndiyini gördüyü üçün, müdaxilə etmiş, atası və digər ailə üzvlərinə qışqıraraq nənəsi İranə ilə mübahisə etməmələrini tələb etmiş, ona görə də ailə üzvləri ilə aralarında mübahisə yaranmış, atasının üstünə gəldiyini görüb qaçmaq istəyəndə qardaşı Pərvaz tutmuş, atası yumruqla və əli ilə başına və boğaz nahiyəsinə bir neçə dəfə vurmuş, nənəsi pəncərəni açaraq oradan qaçmağını demiş. Pərvazın əlindən çıxıb pəncərədən həyətə tullanmış, ayaqqabısını geyinəndə dayısı Cəlalın həyətə girdiyini görmüş, Cəlal onu görən kimi söyərək bir dəfə yumruqla başından vurmuş, təpiklə isə bir neçə dəfə bədəninə vurmuşdur. Həmin vaxtı həyətlərində olan Xasay və onun oğlu Pünhan ayırmışlar, həmin vaxtı geriyə dönəndə Fəziləni qızı Fərqanəyə oxşatdığı üçün əsəbiləşib əli ilə onun yayıldığından dartıb sən hara gedirsən demiş. Fərqanə ilə danışmadığı üçün elə reaksiya vermişdir. Bundan sonra evdən qaçıb küçədə rastlaşdığı həmkəndlisindən telefon xahiş edib alaraq, 102 xidmətinə münaqişə olması barədə məlumat vermişdir. Heç kimi bıçaqla hədələməmiş, ümumiyyətlə əlində bıçaq olmamış, qərəzli olaraq şər atılmışdır, qardaşını və atasını vurmamış, Pərvaz və atasının əlindən dartınıb çıxmaq istəyən zaman bilməyərəkdən əli onlara dəymiş, Pərvaz buraxmadığı üçün paltarlarından dartmış və nəticədə köynəyi cırılmışdır. Fəziləni yumruqla vurmamış, bıçaqla hədələməmişdir. Mübahisə zamanı atası Sərvər və dayısı Cəlal onu döymüş, qardaşı Pərvaz isə onu tutaraq saxlamışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 13 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 13 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məhkəmə-tibb ekspertizasının verdiyi 06 aprel 2021-ci il tarixli 41 saylı rəyə əsasən X1 məhkəmə tibbi müayinəsi zamanı başın sağ təpə nahiyəsinin bir ədəd qançırı, burun belinin, boyunun ön səthinin və sağ əlin arxa səthinin sıyrıqları küt əşya təsirindən törənməklə yetirilmə müddəti 04 aprel 2021-ci il tarixə uyğundur. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-161/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-161/2021
26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver