Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-161/2024 15.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 14 may 2024cü il tarixdə Qobustan rayonu ərazisində yerləşən “Qobulənd” adlanan yerdə səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, qardaşı Bəhramla birlikdə “Qobulənd” adlanan istirahət mərkəzində işləyir. 14 may 2024-cü il tarixdə polis əməkdaşları onların yanına gələrək dondurma soyuducusunu həyətə qoyduqlarına görə irad bildirərək küçə ticarəti ilə məşğul olduqlarını demişlər. Buna görə də aralarında mübahisə yaranmışdır. Əsəbi olduğundan polisin tələbinə tabe olmamışdır. Əməlindən peşmandır. Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 ifadə verərək göstərdi ki, 14 may 2024-cü il tarixdə “Qobulənd” adlanan istirahət mərkəzinin həyətində dondurma soyuducusu qoyulduğuna görə həmin kafeni işlədən Bəhram Qayıblıya buna görə irad bildirmişdir. Həmin vaxtı Şəxs onlara yaxınlaşaraq onlarla mübahisə etmiş və səs-küy salmış, nalayiq sözlər işlətmişdir. Bəxtiyarı və Tərlanı nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələblərinə tabe olmamışlar. Onları Qobustan rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və R. Məmmədovun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-161/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-161/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver