Məhkəmə qərarları › İş №3(026)-162/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-162/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-162/2020 28.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1972-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Sündü kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasının yaxınlığında xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Sündü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yaşayır. Təxminən 3-4 aydır atası Qocayev Məzahirə məxsus olan VAZ-2106 markalı maşın cəriməsi olduğuna görə Qobustan RPŞ-nin dayanacağında saxlanılır. Buna görə də o xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 9 radələrində qardaşı Rəşada zəng edərək atasına məxsus olan maşını polis şöbəsindən çıxarmaq üçün cəriməni ödəməsini demişdir. Təxminən saat 11 radələrində qardaşı Ayaza zəng edərək, Rəşadın onun gəlininə söydüyünü bildirmişdir. Bununla əlaqədar Qobustan rayonuna gəlmiş və sonra qardaşı Rəşadın onun barəsində Qobustan RPŞ-yə vermiş olduğu ərizə ilə tanış olmaq üçün Qobustan RPŞ-yə getmişdir. Qardaşı Ayaz və onun oğlu Qocayev Rövşən maşından düşən kimi onlar hər biri ayrı-ayrılıqda onları kimin söydüyünü və kim söyübsə onun barəsində nalayiq söyüşlər söyməyə başladılar. Bundan sonra isə onun yaxasından dartaraq hədə qorxu gəlmiş və onu buraxdıqdan sonra isə qardaşı Ədilə təpiklə zərbə vurmuşdur. Bundan sonra isə polis əməkdaşları gələrək onları Qobustan RPŞyə dəvət etmişlər. İşdə olan spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında Qobustan rayon mərkəzi xəstəxanasının verdiyi xx xxxxxx 2020-ci il tarixli sənədin surətindən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar