Məhkəmə qərarları › İş №3(026)-163/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-163/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-163/2020 28.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Şamaxı rayonunun Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Sündü kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X1 xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasının yaxınlığında xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Sündü kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə qardaşı Araz Qocayev ona zəng edərək onu görüşə çağırmış və gəlməyəcəyi təqdirdə ona qarşı söyüş söymüşdür. Ona görə də bu barədə Qobustan RPŞ-nə müraciət etmiş və Qobustan RPŞ-nin əməkdaşları onun ərizəsini alaraq qardaşları Qocayev Araz və X2 RPŞ-yə dəvət etmişlər. Qobustan RPŞ-yə gəldikdən sonra böyük qardaşı X3 RPŞ-nin qarşısında oğlu Rövşənlə birlikdə ona qarşı kimin söyüş söydüyünü soruşmuş, Araz Qocayev isə bu sualın cavabında söyüş söyənin guya o olduğunu demişdir. Bunun yalan olduğunu və heç bir söyüş söymədiyini onlara bildirmişdir. Qocayev Ayaz söyüşü kim söyümüşdürsə ona qarşı söyüş södüyünü dedikdə isə Araz qaçaraq Ayazın üstünə gəlmişdir. Bunu görən Rövşən isə atasını Arazın əlindən almaq istəyəndə Araz yumruq zərbəsi ilə Rövşəni vurmuş, Rövşən də bunun qarşılığında onu təpiklə vurmuşdur. Bundan sonra isə Ədil Rövşəni yumruqla vurmaq istəyəndə polis əməkdaşları buna imkan verməmişlər. İşdə olan spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında Qobustan rayon mərkəzi xəstəxanasının verdiyi xx xxxxxx 2020-ci il tarixli sənədin surətindən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar