Məhkəmə qərarları › İş №3(026)-163/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-163/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-163/2021 28.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 27 iyul 2021-ci il tarixdə gecə saatlarında sərxoş halda idarə etdiyi nəqliyyat vasitəsi ilə əhalinin dincliyini, ictimai qaydanı nümayişkaranə pozaraq polisin qanuni tələbinə tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 27 iyul 2021-ci il tarixdə yaşadığı Qobustan şəhərində yerləşən kafedə spirtli içki qəbul edib idarə etdiyi VAZ-21061 markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomaşında evinə gedərkən Qobustan rayon polis əməkdaşları ona saxla işarəsi vermişlər, avtomaşını saxlasa da, sərxoş olduğu üçün yenidən avtomobili idarə edərək qardaşının evinə getmək üçün yoluna davam etmişdir. Polis əməkdaşları yenidən ona saxla işarəsi versələr də onların qanuni tələblərinə tabe olmamışdır. Avtomaşını yüksək sürətlə evlərinə sürmüşdür. Onu polis şöbəsinə gətirərək sərxoşluğu müəyyən olunduqdan sonra barəsində inzibati tədbir görülmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X7 oğlu izahatında göstərdi ki, 28 iyul 2021-ci il tarixdə gecə saatlarında Qobustan şəhəri ərazisində qeydiyyat nömrəsi olmayan və arxa işıqları yanmayan VAZ-2106 markalı avtomaşının olması aşkar edilmiş və bu barədə tədbir görülməsi üçün Qobustan rayon polis şöbəsinə məlumat verilmişdir. X10 əməkdaşlarına kömək məqsədilə həmin nəqliyyat vasitəsinin duracağa gətirilməsi üçün avtomaşının qabaq oturacağında oturmuşdur. Həmin vaxtı sürücünün sərxoş olduğunu bilmişdir. Sürücü onlarla Qobustan rayon polis şöbəsinə getməkdən imtina edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Sürücü yol hərəkəti qaydalarını davamlı pozaraq qəflətən maşını sürətləndirmiş, təkərlərin yolun səthi ilə sürtünməsinin səsi çıxmışdır. Sonra maşını yüksək sürətlə qardaşı evinə sürmüşdür. Sürücü avtomaşında onun ünvanına nalayiq sözlər işlətmiş, ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Şahid X1 Ağasən Pünhan oğlunun izahatına uyğun eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, N.B. Talıbov Azərbaycan Respublikası İXM-in 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X8 verdiyi 28 iyul 2021-ci il tarixli 407 saylı aktdan görünür ki, Şəxs 28 iyul 2021-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib bir il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar