Məhkəmə qərarları › İş №3(026)-163/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-163/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-163/2024 16.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1961-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 30 aprel 2024-cü il tarixdə X2 qarşı xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 30 aprel 2024-cü il tarixdə yaşadığı Qobustan rayonunun Sündü kəndindəki evində olarkən saat 23:30 radələrində qonşuluqda yaşayan Şəxs həyətindən onun həyətinə fənər işığının düşdüyünü görüb həyətə çıxmış və həmin işıq tutan şəxsin qonşusu X3 olduğu bilib ona niyə həyətə işıq tutduğunu deyərək onun hərəkətlərindən əsəbləşdiyinə görə aralarında mübahisə yaranmışdır. Bu hal üçüncü dəfə təkrar olunmuşdur. Ona görə də Qobustan rayon polis şöbəsinə zəng edərək Qabil Müslümovdan şikayət etmişdir. Zərərçəkmiş şəxs X3 ifadə verərək göstərdi ki, 30 aprel 2024-cü il tarixdə axşam saat 10 radələrində yaşadığı Qobustan rayonunun Sündü kəndində heyvanlarını həyətə gətirən zaman başında başa taxılan gecə fənəri olmuş və həmin fənərin işığı qonşuluqda yaşayan Şəxs həyətinə düşmüşdür. Valehin arvadı onun həyətinə niyə işıq saldığını deyərək onu söyməyə başlamışdır. O, da başında olan fənərin işığının həyətə düşdüyünü, bilə-bilə işıq salmadığını desə də Valeh və onun ailə üzvləri ona inanmayaraq onunla mübahisə etmiş və onu hədələmişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar