Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-164/2021 30.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı şəhəri, M. Hüseynzadə küçəsi ev 23-də yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 29 iyul 2021-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, iki ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. 29 iyul 2021-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən İsmayıllı rayonuna gedərkən Qobustan rayonu ərazisindən keçən zaman polis əməkdaşları hərəkət məhdudiyyəti yaradaraq onun idarə etdiyi avtomaşını saxlatdıraraq avtomaşınına baxış keçirərək avtomaşınını duracağa aparmışlar. Həmin vaxtı ona məlum oldu ki, 1200 manat borcuna görə avtomaşının üzərinə həbs qoyulmuşdur. O avtomaşını təhvil verdikdən sonra məsələnin həlli yolunu tapmaq üçün Müşfiqabad postuna getmişdir. Polis əməkdaşları tərəfindən Qobu qəsəbəsi ərazisində yerləşən polis bölməsinə aparılmışdır. Orada təxminən altı saata yaxın müddətdə saxlanıldıqdan sonra buraxılmışdır. Həmin avtomaşını bir ildir ki, o idarə edir. İdarə etdiyi avtomaşın onun adına deyil, Elməddin adlı şəxsin xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 izahatında göstərdi ki, 29 iyul 2021-ci il tarixdə xidmətdə olduğu zaman “Toyota Prius” markalı ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanması üçün 711 saylı postdan onu köməyə çağırdıqları üçün o, ** YP *** markalı xidməti avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 85-ci km yaxınlığında süni tıxac yaradaraq “Toyota Prius” markalı avtomaşını saxladaraq etdiyi qayda pozuntularını izah etmişdir. Lakin sürücü onun qanuni tələblərinə tabe olmamışdır. O, avtomaşından düşərək qaçmışdır. Bundan sonra Qobustan rayon polis şöbəsindən əlavə kömək çağıraraq həmin şəxs barəsində tədbir görülməsi üçün onu 711 saylı posta aparmışlar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-164/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-164/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver