Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-164/2023 17.05.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxx 1980-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsində daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN1821509 saylı protokolda göstərilir ki, Şəxs 07 aprel 2023-cü il tarixdə X2 məxsus avtomobildən 17 manat pulu gizli yolla oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 07 aprel 2023-cü il tarixdə X3 ilə birlikdə yaşadıqları Qobustan şəhərində spirtli içki qəbul etmişlər. Sabirə məxsus avtomobildə əyləşərək avtomobilin külqabında olan 17 manat pulu görüb götürmüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Qədir həmkəndlisidir. Münasibətləri normal olmuşdur. 07 aprel 2023-cü il tarixdə saat 00:20 radələrində Şəxs sərxoş vəziyyətdə onun qapısına gələrək onu Bakıya aparmasını istəmişdir. O da spirtli içki qəbul etdiyi üçün apara bilməyəcəyini bildirmişdir. Daha sonra Qədir onun evinin qarşısında saxladığı “VAZ21011” markalı **-VH-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşərək ona “biz Bakıya getməliyik” demiş, o da Qədirə gedə bilməyəcəyini söyləmişdir. Həmin vaxt Qədir də sərxoş vəziyyətdə olduğundan onu sözlə başa sala bilməyəcəyini başa düşüb polisə məlumat vermişdir. Polis əməkdaşları gələndə isə Qədir getmişdir. Qədir gedəndən sonra o, avtomobilə baxıb avtomobildə olan külqabının içərisində olan 17 manat pulunun olmadığını görmüşdür. O, başı qarışıq olanda Qədir külqabıdan pulu gizli olaraq götürmüşdür. İş materiallarına əlavə edilmiş Qobustan rayon polis şöbəsinin İQ-nun 20 aprel 2023-cü il tarixli cinayət işlərinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona 160 (yüz altmış) saat ictimai işlər tənbehi tətbiq olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-164/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-164/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver