Məhkəmə qərarları › İş №3(026)-165/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-165/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-165/2020 28.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1967-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Nəsimi rayonu, N. Məlikov küçəsi, Dalan 8, ev 32-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasının yaxınlığında xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində qardaşı Araz Qocayev ona zəng edərək digər qardaşı Rəşad Qocayevin onun gəlini barədə nalayiq ifadələr işlədərək söyüş söydüyünü demişdir. O isə Araza əgər Rəşadın sözü varsa bir başa onunla əlaqə saxlamasını bildirmişdir. Araza ona inanmadığını və Rəşada zəng edib ondan bu barədə daha ətraflı məlumat alacağını demişdir. Bundan sonra qardaşı Rəşadla telefon vasitəsi ilə əlaqə saxladıqda isə Rəşad ona heç bir söyüş söymədiyini, lakin Araz və Ədilin onun ailəsi barədə söyüş döydüyünü bildirdi. Onlar Bakı şəhərindən çıxaraq Qobustan rayonuna gəlib Arazla əlaqə saxlamış və Araz ona hal hazırda Qobustan rayon Sündü kəndinə qardaşı Rəşadla arasında olan söhbəti həll etməyə getdiyini bildirmişdir. Ona da dərhal Qobustana gəlməyini tapşırmışdır. Oğlu Rövşənlə birlikdə Bakı şəhərindən yola çıxaraq Rəşadın Qobustan RPŞ-yə ərizə verdiyi haqqında məlumatı olduğu üçün Qobustan RPŞ-yə gəlmişdir. Gəldikdən sonra oğlu Rövşən onun ailəsi barədə kimin söyüş söydüyünü soruşdu. Bu zaman qardaşı Araz Rövşənin üzərinə gedərək onun yaxasından tutduğu üçün onları ayırmaq üçün aralarına girəndə digər qardaşı Ədil uzaqdan gələrək Rövşənə yumruqla zərbə vurmuşdur. Bunun qarşılığında oğlu Rövşən də Arazı təpiklə vurmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar