Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-165/2021 04.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Qobustan rayonunun Cəmcəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Cəmcəmli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 03 avqust 2021-ci il tarixdə Qobustan şəhərində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Cəmcəmli kəndində yaşayır. 03 avqust 2021-ci il tarixdə Ağsu rayon sakinləri X1 və X2 ilə birlikdə onun idarə etdiyi özünə məxsus VAZ 2106 markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Müşviqabad qəsəbəsinə gedərkən saat 18:30- radələrində tanışı Alişan adlı şəxsə zəng vuraraq harada olmasını soruşmuş, Alişan da ona Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini dediyinə görə hadisə yerinə gəlmiş və orada mübahisə olduğunu görmüşdür. Həmin vaxtı orada olan bir nəfər sərxoş şəxsin onları söydüyünə görə o da həmin şəxsi uca səslə söyməyə başlamışdır. Hadisə yerinə gələn polis əməkdaşları onu polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 izahatında göstərdi ki, 03 avqust 2021-ci il tarixdə saat 19 radələrində Qobustan rayonu ərazisində bir neçə şəxsin səs-küy salması barədə polis şöbəsinə daxil olmuş məlumata əsasən hadisə yerinə getmişlər. Hadisə yerində olan şəxslərə dairəni bağlamalarını irad tutaraq avtomaşınlarını dairədən çəkmələrini bildirdikdə həmin şəxslər söyüş söyməyə başlamışlar. Onları nizam intizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymadıqlarına görə onları polis şöbəsinə dəvət etmişlər. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X7 verdiyi 03 avqust 2021-ci il tarixli 415 saylı aktdan görünür ki, Şəxs 03 avqust 2021-ci il tarixdə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və polis əməkdaşlarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-165/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-165/2021
04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver