Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-165/2023 18.05.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1974-cü ildə Şamaxı rayonu Bəklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Bəklə kəndində qeydiyyatda olan və Qobustan rayonu Cəngi kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 may 2023-cü il tarixdə Qobustan rayon məhkəməsinin inzibati binasında ünvansız nalayiq sözlər deyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 16 may 2023-cü il tarixdə Qobustan rayon məhkəməsinin qərarı ilə oğlu Nicat Şıxaliyev 10 gün müddətinə həbs edilmişdir. Həmin qərara etirazını bildirərək Nicatın 15 may 2023-cü il tarixdən tutulduğunu bildirərək həbsetmənin əvvəlinin 14 may 2023-cü il tarixdən hesablanmasını demişdir. Bundan əlavə 2022-ci ilin noyabr ayında məhkəmədə baxılan qərarın surətini istəmiş, məhkəmədən ona qərarın ona verilməsi üçün ərizə ilə müraciət etməli olduğunu bildirmişlər. O isə “belə hakimiyyət dağılsın) demiş, lakin heç kimin ünvanına söyüş söyməmiş və heç kimi təhqir etməmişdir. X7 Mustafa oğlu ifadə verərək göstərdi ki, 16 may 2023-cü il tarixdə saat 17-20-də Qobustan rayon sakini Şəxs Qobustan rayon məhkəməsinin inzibati binasına gələrək Mürsaliyev Vasifin onu və oğlunu döyməsi və əmlaklarınına xəsarət yetirməsi tələbinə dair məhkəmə qərarını istəmiş, ona izahat olunmuşdur ki, Vasif Mürsaliyev məhkəmənin qərarı ilə inzibati cərimə olunmuşdur. Maddi ziyanla əlaqədar nə onun, nə də ki, oğlunun iddia tələbi məhkəməyə daxil olmamışdır. Şəxs məhkəmənin həyətində və inzibati binasında nalayiq söyüşlər söyməyə başlamışdır. X2 və X1 Məmmədağa Mustafa oğlu ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-165/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-165/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver