Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-166/2020 28.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxx 1988-ci Şamaxı rayonunun Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Nəsimi rayonu, N. Məlikov küçəsi, Dalan 8, ev 32-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasınin yaxınlığında xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. X2 və X3 onun əmiləridir. Onlarla təxminən 5 aydır ki, müəyyən münaqişələri vardır. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 12 radələrində əmisi Araz atası Ayaza zəng edərək, əmisi Rəşadın onun arvadı barədə nalayiq ifadələr işlətdiyini demişdir. Araz Qocayev atası Ayaza “əgər kişisənsə Qobustan rayon Sündü kəndinə gəl və öz qeyrətini təmizlə” sözlərini demişdir. O da atası Ayazla birlikdə əmisi Rəşadın Qobustan RPŞ-yə ərizə vermək üçün gəldiyini bildiyindən birbaşa Qobustan RPŞ-yə gəlmişlər. Qobustan rayon polis şöbəinə çatdıqdan sona orada Arazın olduğunu görüb və ona yaxınlaşaraq arvadı barədə kimin söyüş söydüyünü soruşmuşdur. Ona həmin söyüşün Qocayev Rəşadın söydüyünü dedilər. Bundan sonra isə Qocayev Araz ona yaxınlaşaraq boğazından tutaraq onu vurmağa çalışmışdır. Ona köməyə isə onun qardaşı Ədil gələrək onu yumruqla vurmuşdur. Ona görə də o əmiləri Araz və Ədili təpiklə vurmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-166/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-166/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver