Məhkəmə qərarları › İş №3(026)-166/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-166/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-166/2021 04.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağsu rayonunun Göydəlləkli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 03 avqust 2021-ci il tarixdə Qobustan rayonu ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş və həmin vaxtı polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 03 avqust 2021-ci il tarixdə Ağsu rayonundan çıxıb Bakı şəhərinə gedərkən Qobustan rayonu ərazisində olan dairədə idarə etdiyi VAZ-21015 markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla digər avtomaşına yüngül toxunmuşdur. Hadisə barədə yol polisinə məlumat verərək sığorta şirkətindən nümayəndə gözlədikləri vaxtı onlara tanımadıqları bir nəfər şəxsin sərxoş vəziyyətdə onlara yaxınlaşaraq polisin xəbəri olmadan getmələrini bildirdi, lakin onlar hadisə yerindən getməmişlər. Qobustan rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, bu zaman polis işçiləri ilə mübahisə etmişlər. Onları polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 izahatında göstərdi ki, 03 avqust 2021-ci il tarixdə saat 19 radələrində Qobustan rayonu ərazisində bir neçə şəxsin səs-küy salması barədə polis şöbəsinə daxil olmuş məlumata əsasən hadisə yerinə getmişlər. Hadisə yerində olan şəxslərə dairəni bağlamalarını irad tutaraq avtomaşınlarını dairədən çəkmələrini bildirdikdə həmin şəxslər söyüş söyməyə başlamışlar. Onları nizam intizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymadıqlarına görə onları polis şöbəsinə dəvət etmişlər. Qobustan rayon Polis Şöbəsinin əməkdaşları X2, X4, X6 və X8 X1 izahatına uyğun eyni məzmunlu izahat vermişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, İ.M. Bilalov Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X10 verdiyi 03 avqust 2021-ci il tarixli 414 saylı aktdan görünür ki, Şəxs 03 avqust 2021-ci il tarixdə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar