Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-168/2021 19.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə MN № 044432 saylı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibatı xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 26000.00 ABŞ dolları məbləğində olan vəsaiti 22 iyul 2019-cu ildə xaricə köçürmüş və 2 il müddət keçsə də, 26000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar (xidməti) ölkəyə idxal etməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək göstərdi ki, Şəxs MMC tərəfindən Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD-dən GEO PİPE markalı plastmast boruların alınması qarşılığında 22 iyun 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək 75176 ABŞ dolları 52 sent vəsait köçürülmüşdür. Hansı mənbələrə köçürmə etməli barədə sənədləri də var. Vəsaitin 70%-i köçürülməzsə malın göndərilməsi mümkün deyil. 2019-cu ilin dekabr ayının sonunadək müqavilədə nəzərdə tutulmuş 26000.00 ABŞ dolları məbləğində mallar ölkəyə idxal olunmuşdur. Gömrük bəyyanaməsini "xxxx" ASC-yə təqdim etmişlər. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin məktubundan görünür ki, "xxxx" ASC vasitəsi ilə idxal olunan malların, xidmətlərin ödənilməsi üzrə qabaqcadan ödəniş aparılmış və ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. 10 may 2019-cu il tarixli 01 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD ilə Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Şəxs MMC şirkəti arasında GEORGİAN PİPE LTD-nin Şəxs MMC-yə politelen turbalar satmağı, MMC-nin həmin malları almağı öhdəsinə götürmüşlər. Müqavilənin 4.1.1-ci bəndinə əsasən köçürülmə qaydası-ödəmə və əvvəlcədən ödəmə kimi müəyyən olunmuşdur. 95766 saylı köçürmə haqqında ərizədən görünür ki, Azərbaycan Respublikarı Bakı şəhərində yerləşən Şəxs MMC tərəfindən 22 iyul 2019-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətinin hesabına 26000.00 ABŞ dolları köçürülmüşdür. Sorğu nömrəsi **********3554 olan 01 avqust 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 3705,44 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********3171 olan 09 avqust 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 5395,04 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********1978 olan 13 sentyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 3524,00 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********1118 olan 21 sentyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 5324,00 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********2352 olan 01 oktyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 4150,10 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********4683 olan 10 oktyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 7981,16 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********3237 olan 17 oktyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 8092,62 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********9888 olan 23 oktyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 7969,38 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********6536 olan 06 noyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 6683,46 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir.. Sorğu nömrəsi **********8214 olan 15 noyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 7485,90 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********6646 olan 30 noyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 8014,86 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Sorğu nömrəsi **********1457 olan 12 dekabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətindən Şəxs MMC-nin ünvanına 6850,56 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, 22 iyul 2019-cu il tarixdə Gürcüstan Respublikaının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətinə 26000,00 ABŞ dolları, 27 sentyabr 2019-cu il tarixdə 20000,00 ABŞ dolları, 06 dekabr 2019-cu il tarixdə 10000,00 ADŞ dolları və 18 dekabr 2019-cu il tarixdə 10000,00 ABŞ dolları vəsait köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Mərkəzi X3 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC 22 iyul 2019-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən GEORGİAN PİPE LTD şirkətinə şirkətinin hesabına "xxxx" ASC vasitəsilə qabaqcadan ödəniş kimi 26000,00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitini göndərmiş və bunun müqabilində sifariş edilmiş müvafiq mallar 2019-cu il ərzində müxtəlif vaxtlarda ölkəyə idxal edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-in 40.0.1,43,114,115,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-168/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-168/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver