Məhkəmə qərarları › İş №3(026)-168/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-168/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-168/2024 21.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, X2 Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülmalı oğlunun iştirakı ilə, xx xxxx 1966-cı ildə Şamaxı rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhəri, T. İsmayılov küçəsi ev 63-də qeydiyyatda olan Şəxs Gülmalı oğlu barəsində Qobustan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs Gülmalı oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 21 may 2024-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 30 avqust 2012-ci il tarixli (026)-177)-2012 saylı icra sənədinə əsasən X6 8500 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun alınıb X1 verilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli 2(105)-1018/2020 saylı icra sənədinə əsasən Şəxs Gülmalı oğlundan 8200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb X3 verilməsinə dair icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, Qobustan rayon məhkəməsinin 30 avqust 2012-ci il tarixli (026)-177)-2012 saylı icra sənədinə əsasən X6 8500 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun alınıb X1 verilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli 2(105)-1018/2020 saylı icra sənədinə əsasən Şəxs Gülmalı oğlundan 8200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb X3 verilməsinə dair icra vərəqəsi üzrə icra tədbirləri aparılmış, borclu dəfələrlə Qobustan rayon icra və probasiya şöbəsinə çağırılmış və ondan izahatlar alınaraq borcların ödəməsi ondan tələb edilmişdir. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu maddi imkanı olmadığını bildirərək borcunu ödəməkdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülmalı oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, barəsində olan icra vərəqəsinin icrasını maddi imkanı olmadığı və xəstə olduğu üçün yerinə yetirə bilməmişdir. Çünki həbsdən yenicə azad olunmuşdur. Yaxın vaxtlarda borcunu tam ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülmalı oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, A.G. Şəxsbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 30 avqust 2012-ci il tarixli (026)-177)-2012 saylı icra sənədindən görünür ki, X6 8500 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun alınıb X1 verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli 2(105)-1018/2020 saylı icra sənədindən görünür ki, Şəxs Gülmalı oğlundan 8200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb X3 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 29 fevral 2024-cü il il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs Gülmalı oğlu barəsində axtarış elan edilmişdir. Məhkəmə Şəxs Gülmalı oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Gülmalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqdirli bilinib 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar