Məhkəmə qərarları › İş №3(026)-169/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-169/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-169/2021 04.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1997-ci ildə Göyçay rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Göyçay rayonunun Cəyirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 04 avqust 2021-ci il tarixdə təxminən saat 12:20 radələrində etibarnamə ilə idarə etdiyi QAZ-2410 markalı 10SA221 dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonu ərazisində baş yola çıxarkən, Bakı-Şamaxı-Yevlax yolunun 89-cu km-də yol ayrıcını gözləmədən baş yola çıxmış, nəticədə “Saipa” markalı ** GL *** nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Həmin vaxtı avtomaşında tək olmuşdur, heç bir bədən xəsarəti almamışdır. Sürücülük hüququ olmadan avtomaşını idarə etmişdir, peşmandır. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, 04 avqust 2021-ci il tarixdə təxminən saat 12:20 radələrində etibarnamə ilə idarə etdiyi “Saipa” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şamaxı yonun 89-cu km-də Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən, yol ayrıcını keçmə qaydasını gözləmədən qəflətən QAZ-2410 markalı 10SA221 dövlət qeydiyyat nişanlı avtomaşın o öz yolunda hərəkətdə olarkən onun idarə etdiyi avtomaşına dəymişdir. Nəticədə onun idarə etdiyi avtomaşına 800-900 manat ziyan dəymişdir. Həmin vaxtı avtomaşında tək olmuşdur və heç bir bədən xəsarəti almamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. İşdə olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan Rayon Mərkəzi Xəstəxanası” X4 verdiyi spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında 04 avqust 2021-ci il tarixli 420 saylı aktından görünür ki, Şəxs 04 avqust 2021-ci il tarixdə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlandıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli 10 gün müddətində inzibati həbs edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar