Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-17/2021 10.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, xx xxxxxxx 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Cəmcəmli kəndində yaşayan Şəxs barəsində Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X1 Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP ******* nömrəli protokolda Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarda nəzərdə tutulan cəriməni üç ay keçməsinə baxmayaraq ödəmədiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarda nəzərdə tutulan cəriməni üç ay keçməsinə baxmayaraq ödəmədiyi üçün Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan Şəxs barəsində tərtib edilmiş 24 avqust 2020-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs qərara əsasən inzibati cərimə edilmiş və cəriməni ödəmədiyi üçün Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev İş № 3 (026)-17/2021 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxxx 2021-ci il Qobustan şəhərində Qobustan Rayon Məhkəməsi Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxıldı. Sədrlik edən məhkəmə iclasını saat 12:00-da açdı, baxılası işi elan etdi və məhkəmə iclasının keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmış şəxslərdən kimlərin məhkəmə iclasına gəlmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasının keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmış şəxslərdən məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlməmişdir. Sədrlik edən işə baxıldıqdan sonra çıxarılmış qərarı elan etdi, qərardan şikayət etmə qaydalarını izah edib, məhkəmə iclasını saat 12:15-də bağlı elan etdi. Sədrlik edən: İclas katibi: AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan şəh. M.Ə.Sabir küç. 29 a Telefon: (020)245-27-98 № 3(026)-17/2021 “10” fevral 2021-ci il Şəxs Qobustan rayonu Cəmcəmili kəndi Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(026)-17/2021 saylı qərarının surəti Sizə göndərilir. Qoşma: “01” vərəqədə Məhkəmənin sədri: Mirələm Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan şəh. M.Ə.Sabir küç. 29 a Telefon: (020)245- 27-98 № 3(026)-17/2021 “10” fevral 2021-ci il Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X2 rəisi cənab Rəşid Piriyevə Hörmətli Rəşid müəllim! Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(026)-17/2021 saylı qərarının surəti Sizə göndərilir. Qoşma: “01” vərəqədə Hörmətlə, Məhkəmənin sədri: Mirələm Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan şəh. M.Ə.Sabir küç. 29 a Telefon: (020)245-27-98 № 3(026)-17/2021 “ ” 2021-ci il Sumqayıt regional Qeydiyyat- İmtahan və Texniki baxış şöbəsinin rəisi, polis polkovniki cənab Əlövsət Şamilova Hörmətli Əlövsət müəllim! Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: “01” vərəqədə Hörmətlə, Məhkəmənin sədri: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-17/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-17/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver