Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-17/2024 15.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Naziri iy Baş Dövlət Yol Polis idarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı protokolda Şəxs 02 oktyabr 2023-cü il tarixdə saat 18:45-də idarə etdiyi “MERSEDES-BENZ C-180” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Naziri iy Baş Dövlət Yol Polis idarəsinin nümayəndəsi X4 izahatında bildirdi k sürücünün manevr qaydasını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş verdiyi müəyyən olunmuşdur. Əlavə yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə edilməsi aşkar olunmuşdur. Ona görə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Alkotestr narkotik vasitəni psixotrop və digər güclü təsir edən maddələrin qəbulun nəticəsində yaranmış sərxoşluğu müəyyən etmir, həmin xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasını müəyyən edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İİİ X8 Xidməti inspektoru, polis serjantı X3 izahatında göstərdi ki, vətəndaş Bakı-Şamaxı-Yevlax yolunun 98 kilometrliyində yol nəqliyyat hadisəsi törətmiş, maneəyə vurma ilə bağlı dəmir çəpərləri əzmişdir. Hadisə yerinə gələrək baxış keçirmişlər, yoxlama zamanı vətəndaşdan kəskin alkoqol iyi gəlmiş, ona görə müayinədən keçirmişlər, onun əsasında inzibati protokol tərtib edilişdir. Sürücünün alkoqol sərxoşluğu alkotestr vasitəsi ilə təyin olunub və müayinə vaxtı 1,099 promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. Alkotestr narkotik vasitəni, psixotrop və digər güclü təsir edən maddələrin qəbulun nəticəsində yaranmış sərxoşluğu müəyyən etmir, yalnız alkoqol sərxoşluğu müəyyən edir. Sürücü narkotik vasitəsinin qəbulu ilə bağlı heç bir tibbi müayinədən keçirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 02 oktyabr 2023-cü il tarixdə saat 18:45-də idarə etdiyi “MERSEDES-BENZ C-180” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı yolunun 98-ci km-də hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ tərəfindəki dirəyə çırpılmış, həmin zaman avtomobildə tək olmuşdur və heç bir xəsarət almamışdır. Həmin günü günorta dostları ilə çörək yeyərkən az miqdarda spirtli içki qəbul etmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün izahatı və işin digər materialları ilə tam təsdiq edilir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli qeydiyyat nömrəsi 00011 olan sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs 1.99% promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin 03 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, 02 oktyabr 2023-cü il tarixdə M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 97.5-ci kilometrliyində “Mersedes-Benz C-180” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına ümumilikdə 1030,40 manat zərər dəymişdir. Şəxs əməlindən peşman olmasını və dəymiş ziyanı ödəməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan iki il müddətinə sürücülük hüququndan məhrum olunmaqla cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-17/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-17/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver