Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-170/2021 06.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1992-ci ildə Qobustan rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 05 avqust 2021-ci il tarixdə yaşadığı Poladlı kəndində yerləşən evlərində ev əşyalarını qıraraq atası İkramla mübahisə edərək səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək bildirdi ki, 05 avqust 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Poladlı kəndindəki evlərində sərxoş vəziyyətdə olduğundan özünü idarə edə bilməyərək evdə olan əşyaları qırdığı zaman atası İkram ona iradını bildirmiş, o da atası ilə mübahisə edərək atasını söymüşdür. Belə hallar yalnız içki qəbul edəndə olur. Ayda bir neçə dəfə içki qəbul edir. Atasından üzr istəyir. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, İxtiyar onun oğludur və mütəmadi olaraq spirtli içki qəbul edir. 05 avqust 2021-ci il tarixdə İxtiyar yenə də evə sərxoş vəziyyətdə gəlib onunla mübahisə edərək onu nalayıq sözlərlə təhqir etmişdir. Belə hal dəfələrlə olur, qonşular və qohumlar da İxtiyarın belə hərəkətlərindən şikayətlənir. Öhdəsindən gələ bilmir, hər dəfə içki qəbul edib belə halı təkrarlayır. İxtiyar barəsində daha ciddi tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X4 verdiyi 05 avqust 2021-ci il tarixli 423 saylı aktdan görünür ki, Şəxs 05 avqust 2021-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-170/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-170/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver