Məhkəmə qərarları › İş №3(026)-171/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-171/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-171/2022 03.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1977-ci ildə Salyan rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 22 aprel 2022-ci il tarixdə X1 üzərinə ağac parçası atdığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 22 aprel 2022-ci il tarixdə mal- qaranı evə gətirərkən həmkəndlisi Seymur adlı şəxslə mal-qaranın qarışması səbəbindən aralarında mübahisə yaranmış və mübahisə zamanı o, əlində olan taxta çomağı Seymur adlı şəxsin sakit durması üçün atmışdır. Lakin taxtanı səhvən Seymura çox yaxın atmış və həmin taxta Seymura dəymişdir. Həmin zaman aralarında heç bir mübahisə olmamışdır. O çıxıb öz evinə getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, Şəxs onun həmkəndlisidir və münasibətləri daima normal olmuşdur. O da, Bəxtiyar da yaşadıqları Qobustan şəhərində mal-qara saxlamaqla məşğul olur. 22 aprel 2022-ci il tarixdə o, Qobustan şəhərində yerləşən evindən çıxaraq özünə məxsus olan mal-qaranın harada olmasını öyrənməyə getmişdir. Özünə məxsus olan mal qaraya çatdıqda həmin mal qaraya Bəxtiyar adlı şəxsin də mal qarasının qarışdığını görmüş və Bəxtiyar ona mal qarasını uzaqlaşdırmasının lazım olduğunu bildirmişdir. Bəxtiyar isə ona aqressiv formada cavab qaytarmışdır. O da Bəxtiyara qışqırmamasını demişdir. Bəxtiyar isə əlində olan taxta çomağı uzaqdan onun üzərinə tullamışdır. Həmin çomaq onun sağ ayağının topuq və diz nahiyələrinə dəymişdir. O xəsarət almışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 25 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 25 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, MTE və PAB-in verdiyi rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilən xəsarətlər-sağ aşıq baldır oynağı nahiyəsinin sıyrığı, sağ diz oynağı nahiyəsinin qançırı bərk küt əşya təsirindən 22 aprel 2022-ci il tarixdə davadalaş nəticəsində yetirilə bilər. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar