Məhkəmə qərarları › İş №3(026)-174/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-174/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-174/2021 09.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu Umbakı qəsəbəsi , 2-ci Gənclər küçəsi ev 7-də yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 339.1-1, 342.7 və 342.9cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 avqust 2021-ci il tarixdə idarə etdiyi KAMAZ-5511 YÜK markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşının ön dövlət nişanının son üç rəqəminin palçıqla pozulması və arxa dövlət nişanının son 3 olan rəqəminin yapışqanlı lentlə 8 edilməsi aşkar olunmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 339.1-1, 342.7 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, KAMAZ-5511 YÜK markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə ilə ona məxsusdur və özü idarə edir. 06 avqust 2021-ci il tarixdə Şamaxı rayonunun Qızmeydan kəndindən idarə etdiyi KAMAZ-5511 markalı avtomaşına saman bağları yığıb yaşadığı Umbakı qəsəbəsinə apararkən təxminən saat 24 radələrində Qobustan-Xilmilli yolunun Sündü kəndinə gedən yolun yaxınlığında avtomaşını saxlayaraq istirahət etdiyi zaman polis əməkdaşları ona yaxınlaşıb apardığı yükə baxmış və avtomaşının ön dövlət nişanının son üç rəqəminin palçıqla örtülməsini və arxa dövlət nişanının isə son 3 rəqəmim yapışqanlı lentlə 8 edilməsini görüb səbəbini soruşduqda polis əməkdaşlarına avtomaşının texniki baxış və sığortasının vaxtı bitdiyindən radarlara düşməməsi üçün belə hərəkət etdiyini demişdir. Bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, A.G. Gülməmmədov Azərbaycan Respublikası İXM-in 327.1, 339.1-1,342.7 və 342.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddələrlə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar