Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-174/2023 26.05.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Samux rayonu Ağasıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 25 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixə keçən gecə xidmətdə olan yol-partul xidməti əməkdaşının xidmətinə mane olaraq qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 25 may 2023-cü il tarixdə İsmayıllı rayonundan Bakı şəhərinə qayıdan zaman Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində dostunun idarə etdiyi ** SE *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayaraq özlərini təqdim etməmiş sənəd tələb etmişlər. Polis əməkdaşlarından saxlama səbəbini soruşduqda onlar yüksək səs tonu ilə ona “mən sürücü ilə danışıram” deyərək avtomaşından enməsini ona bildirmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Onu Qobustan rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, 25 may 2023-cü il tarixdə xidmətdə olan zaman Bakı şəhəri istiqamətində hərəkət edən BMW markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomaşına saxla işarəsi vermişdir. Sürücü avtomaşını saxlamışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edərək müvafiq sənədləri təqdim etməsini tələb etmişdir. Həmin vaxtı sürücünün yanında əyləşən tanımadığı şəxs ona qanunsuz iradlar bildirərək sürücüyə sənədlərini təqdim etməyə imkan verməyərək onunla mübahisə etməyə başlamışdır. Onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs onun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-174/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-174/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver