Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-175/2021 09.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 21 avqust 1977-ci ildə Qobustan rayonunun rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 339.1-1, 342.9 və 428.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03 avqust 2021-ci il tarixdə idarə etdiyi ZİL431410 YÜK markalı 29BA098 dövlət qeydiyyat nişanlı avtomaşının dövlət nömrə nişanında olan 9 rəqəmini 8 etməsi aşkar olunmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 339.1-1, 342.9 və 428.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, ZİL431410 YÜK markalı 29BA098 dövlət qeydiyyat nişanlı avtomaşını 2014cü ildə etibarnamə ilə almışdır və hazırda da həmin avtomaşını özü idarə edir. 2019-cu il tarixdə etibarnamənin müddəti bitmişdir, yeni etibarnamə almaq üçün avtomaşının sahibini axtarsa da tapa bilməmişdir. Avtomaşının texniki baxış vaxtı qurtarmışdır. Radarlardan yayınmaq üçün avtomaşının dövlət qeydiyyat nişanında düzəliş edərək 9 rəqəmini 8 etmişdir. 01 avqust 2021-ci il tarixdə avtomaşının dövlət qeydiyyat nömrəsində düzəliş etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, R.Ş. Yolçiyev Azərbaycan Respublikası İXM-in 332.1, 339.1-1, 342.9 və 428.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddələrlə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. X1 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 342.9-cui maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-175/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-175/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver