Məhkəmə qərarları › İş №3(026)-176/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-176/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-176/2021 09.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xanhüseyn oğlunun iştirakı ilə, xx xxxx 1987-ci ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə kəndində yaşayan Şəxs Xanhüseyn oğlu barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Xanhüseyn oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 09 avqust 2021-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 18 oktyabr 2019-ci il tarixli 2(026)-270/2019 saylı icra sənədlərinə əsasən Şəxs Xanhüseyn oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Qobustan rayon məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 2(026)-270/2019 saylı icra sənədinə əsasən 23 iyul 2007-ci il tarixdə anadan olmuş X6 və 14 mart 2009-cu ildə anadan olmuş Albabayeva Aynur Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2019-cu il tarixdən başlayaraq Şəxs Xanhüseyn oğlundan hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilsinə dair icra vərəqəsi üzrə bu günə 3100 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Xanhüseyn oğlunun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xanhüseyn oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 2(026)-270/2019 saylı icra sənədinə əsasən 23 iyul 2007-ci il tarixdə anadan olmuş X6 və 14 mart 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2019-cu il tarixdən başlayaraq ondan hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilsinə dair icra vərəqəsi üzrə bu günə 3100 manat aliment borcu yaranmışdır. İşləmədiyi üçün borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xanhüseyn oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Xanhüseyn oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 2(026)-270/2019 saylı icra sənədindən görünür ki, 23 iyul 2007-ci il tarixdə anadan olmuş X6 və 14 mart 2009-cu ildə anadan olmuş Albabayeva Aynur Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2019-cu il tarixdən başlayaraq Şəxs Xanhüseyn oğlundan hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsi qət edilmişdir. Məhkəmə Şəxs Xanhüseyn oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs Xanhüseyn oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Xanhüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar