Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-176/2024 20.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, X1nun iştirakı ilə, X3 Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında EQ 20566320 saylı 11 aprel 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında EQ 20566320 saylı 11 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X6 izahatında göstərdi ki, 11 aprel 2024-cü il tarixdə səhər saatlarında idarə etdiyi ** AS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Şamaxı şəhərinə yola düşmüş və həmin günün axşamı Şamaxı şəhərində Bakı şəhərinə qayıtmışdır. Yolda YPX-inin əməkdaşları onun idarə etdiyi avtomaşını Şamaxı stasionar postunda saxlayıb sənədlərini də yoxlamışdır. Axşam saat 20:34-də radələrdə geri dönərkən "i Patrul" sistemi ilə X2 (YPX-nin) əməkdaşları ona qeyri-qanuni sistemlərinə müdaxilə edərək cərimə tətbiq etmişlər. Sübut olaraq, mövcud olan şəxsi elektron kabinetinə göndərilən şəkil və videolardan aydın olur ki, sadəcə bir ədəd foto şəkildə avtomobilin qeydiyyat nişanı görünür. Avtomobilin ümumi görünüşünə aid heç bir videogörüntü yoxdur. Yüklənilən video görüntü qətiyyən avtomobilə aid deyil və hər hansı bir avtomobil görünmür. Yüklənən videogörüntüdən aydın olur ki, X4 (YPX-nin) əməkdaşları polis haqqında qaununun 4-cü maddəsini pozaraq özləri qanunsuzluq etmişlər. Sayrışan işıqlarını yandırmadan xidmət görmüşlər və bu videogörüntüdə açıq şəkildə görünür. Sosial şəbəkələrdəki şikayətlərdən bilinir ki, "i Patrul" sistemindəki radar sürətini 110-luq yolda 70-ə salaraq və yaxud şişirdilmiş müdaxilələrlə rəqəmləri dəyişdirilir və cərimələr tətbiq edilir. Bununla bağlı, kifayət qədər şikayətlər mövcuddur. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında EQ 20566320 saylı 11 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə X5in izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında EQ 20566320 saylı 11 aprel 2024-cü il tarixli qərarından görünür ki, X6 idarə etdiyi “VOLVO XC-90” minik markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı- Şamaxı-Yevlax yolunun 52-ci km-də Azərbaycan Respublikası İXM-in 328.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati törətdiyinə görə 300 manat cərimə edilmişdir. Müəyyən olundu ki, X6 idarə etdiyi “VOLVO XC-90” minik markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 52-ci km-də yolda müəyyən edilmiş hərəkət surətini aşdığına görə polis əməkdaşları tərəfindən onun barəsində EQ 20566320 saylı 11 aprel 2024-cü il tarixli qərar qəbul edilmiş və X6 Azərbaycan Respublikası İXM-in 328.4-cü maddəsinə əsasən inzibati tənbeh olunmuşdur. X1 tərəfindən məhkəməyə qərarın ləğv edilməsi üçün hər hansı sübut təqdim edilmədi. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovniki X8 tərəfindən X6 barəsində tərtib edilmiş EQ 20566320 saylı 11 aprel 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130 və 134-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovniki X8 tərəfindən X6 barəsində tərtib edilmiş EQ 20566320 saylı 11 aprel 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın, qərardan verilən şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-176/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-176/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver