Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-176/2025 17.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil, zərərçəkmiş şəxs X5 iştirakı ilə, xx xxxx 1989-cu ildə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə 17 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 15 iyun 2025ci il tarixdə, saat 17:20 radələrində Qobustan rayonu, Nabur kəndində xırda xuliqanlıq hərəkətləri etmiş, vətəndaş Namiq Abdulaliyevi küçədə söyüb təhqir etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu protokolu müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat daxil olmuşdur ki, Şəxs 15 iyun 2025-ci il tarixdə Qobustan rayonu, Nabur kəndi ərazisində küçədə yüksək səslə danışaraq əmisi X2 təhqir etmişdir. Bununla bağlı olaraq hər iki şəxs Qobustan RPŞ-yə dəvət olunaraq onların izahatları alınmışdır. Nəticədə Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, 15 iyun 2025-ci il tarixində Qobustan rayonunun Nabur kəndində olsa da, əmisi Namiq Abdulaliyevi ümumiyyətlə görməmiş, onu söyüb təhqir etməmişdir. Onun barəsində bildirilənlərin hamısı şər-böhtan xarakteri daşıyır. O, artıq üç gündür ki, kənddə olsa da, həmin günlər ərzində də əmisi Namiq Abdulaliyevi görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində bildirdi ki, Şəxs onun qardaşı oğludur. 15 iyun 2025-ci il tarixdə, axşam saat təxminən 5-dən sonra o, Qobustan rayonunun Nabur kəndində küçədə, darvazasının ağzında oturmuşdur. Bu zaman Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2107” markalı maşını düz onların darvazasının qarşısında saxlayaraq çətinliklə avtomobildən düşmüş, yüksək səslə danışaraq onu söyüb təhqir etməyə başlamışdır. Səs-küyə həyat yoldaşı çıxmış, o da ona içəri keçməsini, Şəxs sərxoş olduğundan onunla danışmağın mümkün olmadığını bildirmişdir. Hadisə vaxtı Şəxs maşınında heç kəs olmamış, öz yanında isə yalnız həyat yoldaşı olmuşdur. Bundan sonra Şəxs barəsində “102” xidmətinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, 15 iyun 2025-ci il tarixdə, saat təxminən 6-ya işləmiş evdə olan zaman yaşadıqları Qobustan rayonunun Nabur kəndində küçədən qəfil maşın və adam səsi gəldiyini, söyüş söyüldüyünü eşidərək qapıya çıxmışdır. Qapıya çıxdıqda həyat yoldaşı Namiq Abdulaliyevin əsəbiləşdiyini və Şəxs ağ rəngli “VAZ 2107” markalı maşınını birtəhər idarə etməyə çalışdığını görmüş, nə baş verdiyini həyat yoldaşından soruşduqda ona Şəxs gəlib səs-küy saldığını bildirmişdir. X1 dindirildikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Nəzakət Abdulaliyevanın yalan danışdığını bildirdi. Qeyd etdi ki, onun özünün də şahidi var. Belə ki, polis əməkdaşları onu gəlib Qobustan RPŞ-yə apararkən yanında olmuş həmkəndliləri onun nə vaxt və harada, həmçinin hansı çayxanada olmasını təsdiq edə bilərlər. Verilmiş suala cavab olaraq bildirdi ki, həqiqətən də, həmin gün çayxanada oturarkən pivə içmiş, həmin gün 5 saat həmkəndlisi Təhmirazla birlikdə olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Cəbrayılov X4 Cavid Nadir oğlunun özünü təqsirli bilməməsinin və yeganə şahidin də zərərçəkmiş şəxs Namiq Abdulaliyevin arvadı Nəzakət Abdulaliyeva olmasının nəzərə alınaraq, onun barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Buna görə də o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddə çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs içkili vəziyyətdə Qobustan rayonunun Nabur kəndində küçədə (ictimai yerdə) yüksək səslə danışaraq söyüş söyməsi zərərçəkmiş şəxs X5 və X1nın ifadələri ilə təsdiq olunur. Şəxs belə bir halın ümumiyyətlə baş vermədiyini qeyd etsə də, hadisənin baş verdiyi 15 iyun 2025-ci il tarixdə özünün, həqiqətən də, spirtli içki içməsini təsdiq etmişdir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun təkzib etdiyi hadisənin baş verməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə öz təsdiqini tapır. Zərərçəkmiş şəxslə şahidin ər-arvad olması isə onların bildirdiklərinin həqiqətə uyğun olmaması qənaətinə gəlməyə əsas vermir və nəzərə alınmalıdır ki, onların hər ikisi bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. Məhkəmə Şəxs ikinci dərəcəli əlil olmasını və himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin Şəxs əvvəllər də Qobustan Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 3(026)-417/2024 saylı qərarı ilə İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edildiyini, eləcə də, dəfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və İXM-in müxtəlif maddələri ilə məsuliyyətə cəlb edilərək müvafiq qaydada təqsirli bilinməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM-in 33.1.2-ci maddəsinə görə, inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Göründüyü kimi, Qobustan Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 3(026)-417/2024 saylı qərarı ilə İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qüvvəyə minməsindən sonra 1 il ərzində Şəxs yenidən İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də həmin hal onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” 08 iyun 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İXM-in 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. İXM-in 510-cu maddəsinin sanksiyasında isə 50 manatdan 100 manatadək məbləğdə inzibati cərimə və ya 15 günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 30.2-ci maddəsinə görə, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs ikinci dərəcəli əlilliyinin müəyyən olunmasını da nəzərə alaraq bildirir ki, İXM-in 30.2-ci maddəsinə görə onun barəsində inzibati həbsin tətbiq edilməsi mümkün deyil. Əvvəlki inzibati xəta haqqında iş üzrə 50 manat məbləğində cərimə olunduğuna görə isə hazırda onun barəsində Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq daha sərt tənbeh tədbiri kimi maksimum həddə inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-176/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-176/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver