Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-177/2023 02.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, 04oktyabr 1951-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Poladlı kəndində qeydiyyatda olan X1 Qobustan rayon məhkəməsinin 18 may 2023-cü il tarixli 3(026)-151/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi vəsatətə baxaraq MÜƏYYƏN ETDİ: X2 01 iyun 2023-cü il il tarixdə Qobustan rayon məhkəməsinə vəsatət verərək göstərmişdir ki, Qobustan rayon məhkəməsinin 18 may 2023-cü il tarixli 3(026)-151/2023 saylı qərarı ilə barəsində tərtib olunmuş İXP ******* saylı protokolda nəzərdə tutulan cəriməni vaxtında ödəmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Barəsində tərtib olunmuş həmin protokolda nəzərdə tutulan cəriməni və dəbbə pulunu ödədiyi üçün Qobustan rayon məhkəməsinin 18 may 2023-cü il tarixli 3(026)-151/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəməyə göndərdiyi ödəmə qəbzindən görünür ki, İXP ******* saylı qərar üzrə cərimə və dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfındən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə hesab edir ki, X2 inzibati cərimə və dəbbə pulunu ödədiyi üçün Qobustan rayon məhkəməsinin 18 may 2023-cü il tarixli 3(026)-151/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 152-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Qobustan rayon məhkəməsinin 18 may 2023-cü il tarixli 3(026)-151/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-177/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-177/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver