Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-177/2025 19.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxxx 1984-cü il təvəllüdlü, Salyan rayonu, Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 19 iyun 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1501/2023 saylı, 18 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün borclu Şəxs hər ay cəmi 280 manat aliment tutulub X5 ödənilməlidir. Lakin Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra sənədinin icrasını qəsdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 dekabr 2023-cü ildə verilmiş 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1501/2023 saylı icra sənədinə əsasən X7 ilə birgə nikahlarından doğulmuş iki uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq X5 verilməlidir. Həmin icra sənədi 16 yanvar 2024-cü ildə Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, elə həmin tarixdə də icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şəxs inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubları göndərilmiş, onun bir neçə dəfə yazılı izahatı alınmışdır. Lakin Şəxs tərəfindən Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 dekabr 2023-cü ildə verilmiş 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1501/2023 saylı icra sənədi üzrə cəmi 180 manat məbləğində aliment ödənişi edilmiş, onun həmin icra sənədi üzrə 4860 manat məbləğində aliment borcu yığılmışdır. Şəxs əvvəllər hissə-hissə ödədiyi məbləğlər isə ondan aliment tutulmasına dair əvvəlki icra sənədi üzrə borcun bağlanmasına hesablanmışdır. Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 dekabr 2023-cü ildə verilmiş 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1501/2023 saylı icra sənədi üzrə aliment borcunu ödəməməklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, aliment borcunun ödənilməsinə dair əvvəlki icra sənədini icra etsə də, sonuncu icra sənədini səhhətində yaranmış problemlərlə əlaqədar icra edə bilməmişdir. O, fəhləliklə məşğul olsa da, artıq son bir neçə aydır ki, səhhəti ilə əlaqədar işləyə də bilmir. Əvvəlki gün də icra şöbəsində olmuş, ona aliment borcundan müəyyən qədər ödənişlərin edilməsi təklif edilmişdir. Lakin özünün maddi imkanının olmaması və borc istədiyi şəxslərin də borc verməməsi səbəbindən hazırda ödəniş edə bilmir. Bildirdi ki, barəsində inzibati cərimənin tətbiq ediləcəyi halda həmin cəriməni ödəməyə də imkanı olmayacaqdır. Ona görə də barəsində inzibati həbsin tətbiq edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs səhhəti də nəzərə alınmaqla, onun barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 dekabr 2023-cü ildə verilmiş 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1501/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs ilə X3 birgə nikahlarından doğulmuş 19 may 2010-cu il təvəllüdlü X4 və 12 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment alınaraq X5 verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 16 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1501/2023 saylı, 18 dekabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatı alınmışdır. Bundan əlavə, əvvəllər də Qobustan Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 3(026)-172/2024 saylı qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətində inzibati həbs edilmiş, həbsetmənin əvvəlinin 27 may 2024-cü il tarixdən hesab edilməsi qərara alınmışdır. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 dekabr 2023-cü ildə verilmiş 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1501/2023 saylı icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. Artıq uzun müddətdir ki, həmin icra sənədi üzrə aliment ödənişlərinin edilməməsi faktını Şəxs özü də məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-177/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-177/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver