Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-178/2023 02.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Üzbaşıyev Elvin Ağaşiraz oğlunun iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Qobustan rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Üzbaşıyev Elvin Ağaşiraz oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Üzbaşıyev Elvin Ağaşiraz oğlunun narkotik vasitədən istifadə etdiyi göstərilmişdir. Üzbaşıyev Elvin Ağaşiraz oğlu bildirdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla yaşayır. 26 may 2023-cü il tarixdə Qobustan şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş və onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu Qobustan RMX-da narkotik vasitənin qəbulu testindən keçməyə aparmışlar. Test nəticəsində onun narkotik vasitə olan marixuana qəbul etdiyi aşkar edilmişdir. O, sonuncu dəfə dörd ay bundan əvvəl narkotik vasitə qəbul etmişdir. Etdiyi əmələ görə peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Üzbaşıyev Elvin Ağaşiraz oğlunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Üzbaşıyev Elvin Ağaşiraz oğlu Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Qobustan rayon polis şöbəsinin TQ-nin 27 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, Üzbaşıyev Elvin Ağaşiraz oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Qobustan rayon Mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin 26 may 2023cü il tarixdə verdiyi 28 saylı protokolda göstərilir ki, Qobustan şəhər sakini 1993-cü il təvəllüdlü Üzbaşıyev Elvin Ağaşiraz oğlu müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə olan THC(+) pozitiv, MTF(-) neqativ, OP (-) neqativ olması aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 may 2023-cü il tarixli 3328 nömrəli rəyindən görünür ki, Üzbaşıyev Elvin Ağaşiraz oğlunda kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Üzbaşıyev Elvin Ağaşiraz oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən nzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Maddənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Üzbaşıyev Elvin Ağaşiraz oğlu Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Üzbaşıyev Elvin Ağaşiraz oğlu Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə edilsin. Üzbaşıyev Elvin Ağaşiraz oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun. Məcburi müalicənin aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsə həvalə edilsin. Məcburi müalicənin aparılmasına dair qərarın icrası Qobustan rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Üzbaşıyev Elvin Ağaşiraz oğlu ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-178/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-178/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver