Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-178/2024 05.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Qobustan şəhəri, H. Əliyev prospekti ev 12-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qobustan rayon Polis Şöbəsində tərtib olunmuş 05 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2 izahatında göstərdi ki, Şəxs 05 iyun 2024-cü il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onları söyüb təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 04 iyun 2024-cü il tarixdə yaşadığı Qobustan şəhəri H. Əliyev küçəsindəki evində çörək yeyərkən spirtli içki qəbul etmiş və həmin gecə saat 02:00 radələrində küçədə gəzərkən polis əməkdaşları yaxınlaşaraq ona içkili olduğunu və gecənin bu saatında küçədə gəzməsinin səbəbini soruşmuşlar. O, da polis əməkdaşlarına içkili olduğunu etiraf edərək onlarla uca səslə danışmışdır. Lakin içkili olduğundan onları söyməsini və olanlatı tam xatırlamır. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X4 izahatında göstərdi ki, 05 iyun 224-cü il tarixdə saat 01:00-dan saat 09:00 qədər xidmətdə olan zaman təxminən saat 02:00 radələrində növbətçi hissədən onlara məlumat verilərək DİN-in 102 xidmətinə edilən zənglə bağlı Qobustan şəhəri H. Əliyev prospektinə getmələri bildirilmişdir. Göstərişə əsasən həmin ünvana getmiş və həmin ünvanda bir nəfər şəxsin onlara Şəxs sərxoş vəziyyətdə onları narahat etdiyini dediyinə görə Şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan gecənin bu saatında küçədə gəzməsinin səbəbini soruşmuşlar. Şəxs onlara qeyri-səmimi cavab vermişdir. Şəxs nizam-intizama dəvət etsə də, onun qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş və onların ünvanına nalayıq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon Polis şöbəsinin əməkdaşı X7 şahid X3 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 06 iyun 2024-cü il tarixli raportundan görünür ki, 05 iyun 2024-cü il tarixdə Ağayev X6 rayon H. Əliyev prospektində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(026)-178/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-178/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver