Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-179/2023 06.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 02 iyun 2023-cü il tarixdə saat 18:40-da idarə etdiyi VAZ-21074 markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən saxlanılmış və onun nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokol tərtib etmiş şəxs X1 izahat verərək bildirdi ki, Şəxs 02 iyun 2023-cü il tarixdə saat 18:40-da idarə etdiyi VAZ-21074 markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən tərəfindən saxlanılmış, Şəxs həkim müayinəsindən keçirilmişdir. Müayinə zamanı onda sərxoş olduğu aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, səhhətində olan ağrılarla bağlı tez-tez az miqdarda spirtli içki qəbul edir. 02 iyun 2023-cü il tarixdə də evdə olarkən səhhəti ilə əlaqədar az miqdarda spirtli içki qəbul etmiş, lakin ağrısı azalmadığı üçün xəstəxanaya getməyə məcbur olmuşdur. İdarə etdiyi VAZ-21074 markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayon mərkəzi xəstəxanasına getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış və həkim müayinəsindən keçərkən onun sərxoş olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlillik haqqında 06 iyun 2023-cü il tarixli çıxarışında Şəxs ikinci dərəcəli əlil olduğu göstərilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ikinci dərəcəli əlil olmasını və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-179/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-179/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver