Məhkəmə qərarları › İş №3(026)-179/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-179/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-179/2024 05.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 130-da qeydiyyatda olan və Qobustan rayon Xilmilli kəndində yaşayan X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qobustan rayon Polis Şöbəsində tərtib olunmuş 05 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X10 izahatında göstərdi ki, X11 25 may 2024-cü il tarixdə Qobustan rayonunun Xilmilli kəndində X1 təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahat verib bildirdi ki, 25 may 20024-cü il tarixdə saat 20:30 radələrində Qobustan rayonunun Xilmilli kəndində atın üstündə əyləşib evinə gerdərkən Mirzə Mirzəyevin iti hürərək onun və atının üstünə gəldiyinə görə o, da atı itin üstünə sürüb iti qovmuşdur. Mirzənin həyat yoldaşı həyət qapısını açaraq itini həyətə salmışdır. O, da itdən qorxduğu üçün Mirzə Mirzəyevi söymüşdür. O, Mirzəni onun həyətinin qarşısında söymüşdür. Həmin vaxt Mirzə və arvadı orada olmuş, başqa kimisə görməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahat verərək gstərdi ki, Şəxs 25 may 2024-cü il tarixdə Qobustan rayonunun Xilmilli kəndində onu söyüb təhqir etmişdir. Həmin vaxt o, qrvadı və qızı orada olmuş, həmçinin səs-küyə kənd caamatı da gəlmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 25 may 2024-cü il tarixli raportundan görünür ki, 25 may 2024-cü il tarixdə X2 rayonu Xilmilli kəndində X1 təhqir etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X11 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. X6 əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə X8 inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və 50 (əlli) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar