Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-180/2021 18.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İsmayıllı rayonunun Şəbiyan kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 18 avqust 2021-ci il tarixdə Qobustan rayonu ərazisində qayda pozuntusu etmiş və həmin vaxtı polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 18 avqust 2021-ci il tarixdə Bakı şəhərindən İsmayıllı rayonuna gedərkən idarə etdiyi VAZ-21013 markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonu ərazisindən keçərkən yol polisi əməkdaşı ona saxla işarəsi verdiyinə görə avtomaşını saxlamışdır. Avtomaşında olan onkoloji xəstə olan atası və anası avtomaşından enərək polis əməkdaşlarına yaxınlaşmışlar. Bir neçə dəqiqədən sonra polis ona yaxınlaşıb sürücülük vəsiqəsi istəmiş, o da etibarnaməni polisə təqdim etmişdir. Polis əməkdaşı xidməti avtomaşınlarına tərəf gedib geri qayıdaraq ona sürücülük vəsiqəsinin olmadığını demişdir. O və anası polisə atasının onkoloji xəstə olduğunu və onu xəstəxanadan apardıqlarını dedi. Həmin vaxtı atasının yerə yıxıldığını görüb polis əməkdaşları ilə mübahisə etmiş və 103 xidmətinə zəng vuraraq atasına tibbi yardım göstərilməsini xahiş etmişdir. Lakin polis əməkdaşı atasına tibbi yardım göstərilməsinə imkan verməmiş, təcili yardım gəlmədiyinə görə atasını avtomaşına qoyub Qobustan rayon mərkəzi xəstəxanasına aparmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 oğlu izahatında göstərdi ki, 18 avqust 2021-ci il tarixdə “Mersedes” markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə Bakı-Şamaxı-Yevlax yolunun 70-ci km-də xidmətdə olarkən VAZ-21013 markalı **- RU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünə manevr qaydasını pozduğuna görə saxla işarəsi vermiş və həmin avtomaşının sürücüsü avtomaşını saxlamışdır. Sürücüyə yaxınlaşaraq sürücülük hüququnu təsdiq edən sənədi təqdim etməsini xahiş etmişdir. Həmin zaman avtomaşında olan özünü sürücünün atası kimi təqdim edən kişi ona xəstə olduğunu və onları buraxmasını ondan xahiş etmişdir. O, da həmin kişiyə narahat olmamağı, sənədləri yoxlayandan sonra yollarına davam edəcəklərini bildirmişdir. Lakin avtomaşında olan sürücü və digər üç nəfər sərnişin səs-küy salaraq söyüş söyməyə başlamışlar. Sonra yerə yıxılmış, o da posta xəbər vermişdir ki, təcili yardım çağırsın. Onları nizam-intizama dəvət etmiş, lakin onun qanuni tələblərinə məhəl qoymamışlar. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, o onkoloji xəstə olduğu üçün 18 avqust 2021-ci il tarixdə oğlunun idarə etdiyi VAZ-21013 markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ximya terapiya olunmaq üçün xəstəxanaya gedərkən Qobustan rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən oğlunun idarə etdiyi avtomaşına saxla işarəsi verilmiş və oğlu Amil də avtomaşını saxlamışdır. Amil avtomaşından yerə düşmək istəyərkən ona sənədlərinin olmadığına görə düşməyə icazə verməyərək özü düşüb polis əməkdaşına yaxınlaşmış və onkoloji xəstə olduğu üçün xəstəxanadan gəldiklərini bildirmişdir. Lakin polis əməkdaşı ona “artistlik etmə” deyib avtomaşına yaxınlaşdı və əlini avtomaşının pəncərəsindən içəri salaraq Amilə avtomaşından düşmədiyinə görə tərbiyəsiz dedi. Bu halı görüb onu əsmə tutduğuna görə polis avtomaşınına dirənərək yerə yıxılmış, halının yaxşı olmadığını bilib təcili yardım çağırmalarını xahiş etsə də, ona kömək edən olmamışdır. Avtomaşında olan həyat yoldaşı düşüb polis əməkdaşına yalvarsa da polis əməkdaşı qadına “rədd ol burdan” deyərək onun yalvarışına qulaq asmamışdır. O, polis əməkdaşını söyməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, A.R. Həmzəyev Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXMin 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-180/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-180/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver