Məhkəmə qərarları › İş №3(026)-181/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-181/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-181/2020 11.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon MəhkəməsinəQobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:10-da idarə etdiyi VAZ-21074 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücünün spirtli içki qəbul etməsindən şübhələnib həkim müayinəsinə dəvət olunmuş, nəticədə Şəxs avtomobili spirtli içki qəbul edərək idarə etməsi müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Qobustan şəhərində kəndində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:10-da radələrində o, idarə etdiyi VAZ-21074 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan şəhəri ərazisində yerləşən “Seymur” şadlıq sarayının qarşısında Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. İşdə olan Qobustan rayon mərkəzi xəstəxanası X1 verdiyi spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli 186 saylı aktdan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün izahatı və işin digər materialları ilə tam təsdiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar