Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-182/2021 25.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulu oğlunun və zərərçəkmiş şəxs X2 iştirakı ilə, 29 aprel 1995-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Cəngi kəndində yaşayan Şəxs Qulu oğlu barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Qulu oğlunun Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Qulu oğlu 15 avqust 2021-ci il tarixdə Qobustan şəhərində küçədə qayınatası Müşvətalı Alpaşayev və ailə üzvləri ilə mübahisə edərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulu oğlu izahatında bildirdi ki, Qobustan rayonunun Cəngi kəndində yaşayır. Dörd ildir ki, Məngülə ilə ailəlidir və bir uşağı var. Arvadı aralarında olan müxtəlif səbəblərdən Qobustan şəhərində yaşayan valideynlərinin yanındadır. 15 avqust 2021-ci il tarixdə qayınatası Mürvətalıya zəng edərək qızını görmək istədiyini bildirmiş və Mürvətalı ona etiraz etməmişdir. Mürvətalının həyətində qızı Yağmurla bir az vaxt keçirdikdən sonra yenidən Cəngi kəndinə evlərinə qayıtmışdır. Həmin günü Mürvətalı polis şöbəsinə zəng edərək ondan şikayət etmişdir. O. Mürvətalını söyməmiş və heç bir mübahisə etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Məngülə onun qızıdır. Məngülə əri Nicatla yola getmədiyindən hazırda qızı Yağmurla birlikdə Qobustan şəhərində onun yanındadır. 15 avqust 2021-ci il tarixdə Nicat ona zəng vuraraq qızı Yağmuru görmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. Nicat uşağı görməyə içkili vəziyyətdə gəlmiş və uşağı özü ilə Cəngi kəndinə aparmaq istədiyini bildirmişdir. O Nicata etiraz etdikdə isə Nicat küçədə onu və qızı Məngüləni söyüb təhqir etmişdir. X1 ifadə verərək göstərdi ki, Nicat onun həyat yoldaşıdır, Nicatla birlikdə Qobustan rayonunun Cəngi kəndində yaşayırdı və onların birgə nikahdan bir qızları var. Nicatla aralarında olan münasibət pozulmuşdur və ona görə də hazırda Qobustan şəhərində yaşayan valideyinlərinin yanında yaşayır. 15 avqust 2021-ci il tarixdə Nicat atası Mürvətalıya zəng vuraraq qızı Yağmuru görmək istədiyini bildirmiş və atası da razılıq vermişdir. Onlar uşağı küçəyə çıxararaq Nicatla görüşdürmüş, Nicat isə qızı Yağmuru özü ilə aparmaq istəyərək onlarla mübahisə etmişdir. Mübahisə zamanı Nicat onu və atası Mürvətalını söyüb təhqir etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulu oğlunun, zərərçəkmiş şəxsin və şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Qulu oğlu Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs Qulu oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Qulu oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-182/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-182/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver