Məhkəmə qərarları › İş №3(026)-182/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-182/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-182/2023 12.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Qobustan rayonu Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Çalov kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 17 aprel 2023-cü il tarixdə Qobustan şəhərində yerləşən X1 avtomobil təmiri sexində X2 ilə dava etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Qobustan rayon Çalov kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğuldur. Ədalət Mürşüdovu tanıyır. Münasibəti normal olmuşdur. Onlar bir yerdə həbsdə olmuşdur. 17 aprel 2023-cü il tarixdə saat 11 radələrində Dilqəm adlı həmkəndlisi ilə Ədalətin avtomobil təmiri şəxsinə getmiş, Dilqəmin ona Ədalətin isə Dilqəmə borcu olmuşdur. O, Ədalətdən pulu istəmiş, Ədalət də pulunun olmadığını bildirmişdir. Onlar Ədalətin təmir sexində yeyib içmiş, yeyib içdikdən sonra aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı o yumruqla Ədalətə zərbə vurmuş, Ədalət yıxılaraq çökəyə düşmüşdür. Daha sonra o, Ədaləti çökəkdən çıxmağa qoymamış, Ədalət Sabir adlı şəxsə zəng etmişdir. Sair gəlib onu oradan uzaqlaşdırmışdır. Səs-küyə polis əməkdaşları gəlmiş və onları Qobustan rayon polis şöbəsinə aparmışlar. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Qobustan şəhəri Ş.Şikarov küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Öz həyətində təmir sexində işləyir. Dilqəm və Qabil adlı şəxsləri tanıyır. Qabillə birlikdə həbsdə olmuşdur. Dilqəm isə müştərisi olmuşdur. 17 aprel 2023-cü il tarixdə saat 11 radələrində onu Qabil çölə çağırmış, o çölə çıxanda Qabil və Dilqəm qarşılarında araq və alma sexdə oturmuşlar. O, niyə icazəsiz daxil olduqlarını soruşmuş, Dilqəm və Qabil heçnə etmədiklərini bildirmiş, o da onlarla bərabər yeyib içməyə başlamışdır. Daha sonra süfrədə olan çörək sexdə olan çökəyə düşmüş, o çörəyi götürmək üçün çökəyə düşmüş, Qabil onu çökəkdən çıxmağa qoymamışdır. Təpiklə onun başına vuraraq çökəkdən çıxmağa qoymamışdır. O, Sabirə zəng edərək kömək istəmiş, Sabir gələn zaman Qabil borcu olduğunu iddia edərək sexdə olan avtomobil oturacaqlarını çölə çıxarmış, Sabir həmin vaxt ona mane olmuşdur. Daha sonra polis əməkdaşları gəlmiş və onları RPŞ-nə dəvət etmişlər. X5 Rəcəbovu vurmamışdır. Sadəcə Qabil sexdə olan avtomobil oturacağını götürmək istəyərkən Qabilə mane olmuşdur. O Qabillə çölə çıxdıqdan sonra əlbəyaxa olmuş, Qabil ona, o da Qabilə yumruq atmışdır. Qobustan rayon polis şöbəsinin 17 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, sərxoşluq vəziyyətinin 104, 105 və 106 nömrəli aktlarında göstərilmişdir ki, Şəxs, X3 və X2 17 aprel 2023-cü il tarixdə “yüngül” dərəcəli sərxoş olmuşlar. Qobustan rayon polis şöbəsinin 17 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, Şamaxı rayon MTE və PA birliyinin 20 aprel 2023-cü il 40 nömrəli rəyində göstərilmişdir ki, X1 tibbi müayinəsi zamanı müəyyən olmuş xəsarətlər-sol qulaq seyvanının sıyrıqları, sol əlin 1 barmağının qançırı küt əşya tərəfindən törənmişdir. 17 aprel 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X1 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qobustan rayon polis şöbəsinin 17 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, Şəxs 16 may 2023-cü il tarixdə tibbi ekspertizadan keçməkdən qəti olaraq imtina etmişdir. Qobustan rayon polis şöbəsinin 17 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon məhkəməsinin 16 may 2023-cü il tarixli 3(026)-159/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respiblikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar