Məhkəmə qərarları › İş №3(026)-182/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-182/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-182/2024 10.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonu, Poladlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qobustan rayon Polis Şöbəsində tərtib olunmuş 07 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X8 izahatında göstərdi ki, Şəxs 07 iyun 2024-cü il tarixdə Qobustan rayonu Mərkəzi Xəstəxanasının həyətində polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 07 iyun 2024-cü il tarixdə dayısını elektrik vurması nəticəsində Qobustan rayon mərkəzi xəstəxanasına aparıldığını eşidib xəstəxana getmiş və dayının öldüyünü və müayinə olunması üçün müayinə otağına aparıldığı ona məlum olmuşdur. O, da icazə almadan müayinə otağına girərək orada olan həkimlərin və prokurorun işlərinə maneçilik törətmişdir. Əsəbi olduğu üçün polis əməkdaşlarınına müqavimət göstərmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Əsəbi olduğundan polis əməkdaşları ilə yaxalaşmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, 07 iyun 2024-cü il tarixdə saat 07:00-dan saat 21:40-a qədər xidmətdə olan zaman komandirin göstərişi ilə Qobustan rayon mərkəzi xəstəxanasına getmiş və orada X2 elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyi üçün patoloji anatomiya birliyində olarkən vəfat etmiş şəxsin qohumu Şəxs xəstəxanaya daxil olaraq orada xidməti vəzifələrini icra edən ekspert və polis əməkdaşlarının xidmətinə maneçilik törədərək müayinə otağına keçib səs-küy salaraq nalayiq söyüşlər söymüş və prokurorluq işçilərinə qarşı hörmətsizlik edərək polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon Polis şöbəsinin əməkdaşı X1 şahid X3 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 07 iyun 2024-cü il tarixli raportundan görünür ki, 07 iyun 2024-cü il tarixdə Şəxs xx.xx.2024-ci il tarixdə Qobustan rayon Poladlı kənd sakini X5 qəfil elektrik cərəyanı vurması nəticəsində vəfat etməsi barədə məlumat daxil olduğu andan dərhal rəhbəri olduğum əməliyyat istintaq qrupu tam tərkibdə hadisə yerinə getmişlər. Poladlı kəndində rayon prokurorluğunun əməkdaşları ilə birlikdə zəruri hərəkətlər etdikdən sonra meyit müayinə edilməsi üçün Pataloji Anatomiya birliyinin Qobustan rayon -məsinə gətirilməsi təminedildi. Meyit müvafiq qaydada müayinə edilən vaxt mərhumun qohumları, Şəxs xidmətdə olan polis əməkdaşlarına qarşı kobudluq edərək, müayinə otağına keçib səs-küy salaraq nalayiq küçə söyüşləri söyərək ekspertə, prokurorluğ və polis əməkdaşlarına qarşı hörmətsizlik edərək, onların xidmətinə maneyəçilik yaradaraq polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 07 iyun 2024-cü il tarixli HN ******* saylı inzibati qaydada tutulma haqqında qərarından görünür ki, Şəxs inzibati xəta törətməkdə təqsirli bilinərək 07 iyun 2024-cü il tarixdə saat 22-də tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar